Ailəlikcə hakimiyyətin qanunsuz repressiyalarına məruz qalmışıq, 2003 ildə siyasi sifarişlə həbs edilmişəm. Törətmədiyim AR Cinayət Məcəlləsinin 315.1. maddəsi ilə nəzərdə tutulan cinayət ilə əlaqədar barəmdə qanunsuz, uydurma və saxta cinayət işi başlanmış, 2 il azadlıqdan məhrum edilmişəm. Siyasi məhbus olmuşam, 4 azyaşlı övlad atasıyam, Çernobıl və Qarabağ veteranıyam. Ukraynanın və Azərbaycanın dövlət mükafatları ilə təltif edilmişəm. Ölkəmizdə hökm sürən qanunsuzluq və özbaşınalıqlara etiraz edərək AR sabiq prezidenti H.Əliyevin fərmanı ilə verilmiş "İgidliyə Görə" medalından imtina etmişəm.