8. Motivasiya:
Ailəm çox mehribandır.
Mən rəfiqələrimlə bir rəqs qrupuna gedirik.
Mən öz məktəbimlə fəxr edirəm.
Təqdim edilmiş ifadələrə və şəkillərə əsasən cəmiyyətdə mövcud olan
ictimai birliklərə dair fikirlər araşdırılır.
9. Tədqiqatın aparılması:
1. İctimai qruplar nə üçün lazımdır?
Ictimai qrupun adı Bu qrupda insanları
birləşdirən amil
Bu qrup insanlarin hansı
ehtiyaclarını ödəyir?
2. Cəmiyyəti təşkil edən ictimai qruplardan hansılar sizin həyatınız üçün daha
əhəmiyyətlidir?
3. “Vətəni qorumaq, onun adını yüksəltmək hər bir vətəndaşın borcudur” adlı
məqalə yazın
10. Şagirdlər təqdimat edirlər və məlumat mübadiləsi
keçirilir. Suallar əsasında müzakirələr təşkil edilir.
•İctimai birliklər haqqında biz nə öyrəndik?
•İctimai qrupların dövlətlə nə kimi əlaqəsi var?
•İnsana ictimai birliklər nə üçün lazımdır?
11. Cəmiyyətdə ictimai birliklər mövcuddur – ailə, iş kollektivi,
dini qruplar və s.
İctimai birliklər hər hansı bir amilə görə yaranır və insanların
müəyyən ehtiyaclarını ödəyir.
12. Yaradıcı tətbiqetmə:
Fərdi şəkildə hər şagird tərəfindən “Mən bu ictimai
qrupların nümayəndəsiyəm” adlı siyahı tərtib
olunur. Sonra cütlərlə birləşmək və hazırlanan
siyahılarla bir-birini tanış etmək təklif olunur. Bu işi
yekunlaşdırdıq- dan sonar digər şagirdlə eyni
qaydada tapşırığı yeri- nə yetirmək tapşırıla bilər.
Hər şagird üç nəfərlə bir- ləşməlidir. Işin sonunda
sinifdə ümumi müzakirə təşkil olunur.
15. Qiymətləndirmə
Qiymətləndirmə üzrə meyarlar kafi yaxşı Əla Ümumi
nəticə
Ictimai birlikləri cəmiyyətin sosial
komponenti kimi təsvir edir
Özünü müxtəlif ictimai birliklərin
nümayəndəsi kimi təsvir edir
Dövləti ictimai birliklərin həyatını
tənzimləyən vahid siyasi təşkilat kimi
izah edir
Cəmiyyət və dövlət qarşısında
insanın mənəvi borcunu izah edir
16. Kurikulumun tətbiqi ilə
bağlı təlim kursunda
öyrətdiyi hər bir şeyə
görə Kazım müəllimə öz
minnətdarlığımı
bildirirəm.