2. Ötən əsrin 70-ci illərinin sonunda alimlər suda-quruda
yaşayan canlılar üzərində apardıqları təcrübələri
məməlilərə (siçan, qoyun) tətbiq etdilər. 80-ci illərdə
isə tədqiqatçılar qoyunun rüşeymində nüvə inkişafının
16 toxumalıq mərhələsində totipotentliyin saxlandığını
müəyyənləşdirdilər.
1989-cu ildə Smit və Yan Uilmut əvvəlcə 16 toxumalı
embrionu, daha sonra isə ilkin blastositləri qoyun
yumurtalıqlarının mayalanmamış nüvələrinə
transplantasiya etdilər.
3. 1997-ci ildə Yan Uilmut süd vəzisi toxumasından alınan donor
nüvəsindən istifadə etməklə klonlaşdırılmış canlı – sonradan «Dolli»
adlandırılan dişi quzu əldə edir. «Dolli» inkişaf etmiş məməlinin
somatik (bədən) toxumaları vasitəsilə əldə edilən ilk klonal heyvandır.
Onun nüvə donoru finndorsetinin (orijinalının) süd vəzisinin
yetişdirilmiş toxuması idi. «Dolli» fenotipik baxımdan bu növlü
qoyunlardan fərqlənməsə də, bətninə köçürülən qoyuna qətiyyən
bənzəmirdi. Uğurlu nəticəyə baxmayaraq, onun ömrü qısa oldu. Altı
ildən sonra – 2002-ci ildə «Dolli»də artritin inkişafı qeydə alındı.
Alimlərin fikrincə, bu, klonlaşdırmanın yaratdığı gen mutasiyalarının
(dəyişikliklərin) nəticəsi ola bilərdi. Artritdən başqa, «Dolli» həm də
normal inkişafdan geri qalırdı. Həmin ilin fevralında ağciyərlərindəki
xəstəliyin sürətlə artdığını görən həkimlər onu dərmanların köməyi ilə
əbədi yatırdılar...
4. Klonlaşdırmanı iki hissəyə ayırmaq olar: terapevtik və reproduktiv.
Terapevtik klonlaşdırma – 14 günlük (2 həftəlik) rüşeymin
inkişafının dayandırılması yolu ilə bu rüşeymin differensasiya
etməmiş sütun hüceyrələrinin əldə olunmasıdır. Bu əməliyyat o
məqsədlə aparılır ki, rüşeym hüceyrələri tam differensasiya
etmədiyindən onu insan orqanizminin hər hansı orqanının xəstə və
ya ölmüş hüceyrələri ilə əvəz etmək olar. Çünki sütun hüceyrələri
orqanizmin hər hansı hüceyrəsinə çevrilə bilər. Bu üsulla müalicəsi
çətin olan bir çox xəstəliklərə qarşı (qastrit, infarkt, Parkenson
xəstəliyi, ürək, qaraciyər, sümük, qan və s.) mübarizə aparmaq olar.
Reproduktiv klonlaşdırmanın terapevtik klonlaşdırmadan fərqi
ondadır ki, bu zaman rüşeymin inkişafı dayandırılmır. Belə olan
halda, rüşeym inkişaf edərək dölə çevrilir və o da öz növbəsində
yeni fərd şəklində təzahür edir.
5. Klonlaşdırma günümüzün ən aktual problemlərindən
biridir. O elmin müxtəlif sahələrində böyük əks-sədaya
səbəb olub. Klonlaşdırma nədir? Nəyə görə bu mövzu indi
bir çoxlarını düşünməyə vadar edir? Onun cəmiyyətdə
rolu və təsiri nə dərəcədə əhəmiyyətlidir?
Əvvəllər belə hal ancaq ekizlərdə müşahidə olunurdusa,
klonlaş- dırma zamanı bu qanunauyğunluq kimi özünü
göstərir. Bunu izah etmək asandır. Mə- sələ burasındadır
ki, diploid nüvəsi yumurtahüceyrənin daxilinə düşən kimi
özünü normal halda yumurtanın mayalanmasından alınan
ziqot kimi aparır və beləliklə də bölünür.
6. Klonlaşdırma dünya miqyasında təkcə hüquqi-etik
baxımdan deyil, dini tərəfdən də müzakirə edilən və
birmənalı qarşılanmayan problemdir. Məlumat üçün
bildirək ki, səmavi din rəsmiləri klonlaşdırmanı
“Tanrının işinə müdaxilə” kimi qiymətləndirmiş,
mühafizəkar dairələr isə sərt tənqidlərlə qarşılayaraq
belə tibbi eksperimentlərin keçirilməsinin
yolverilməzliyini önə çəkilmişlər.
7. Klonlaşdırmanı qadağan edən ölkə və təşkilatlar
Avropa Şurası – İnsanın klonlaşdırılmasını qadağan edən
protokol (1998)
Almaniya – Cinayət Məcəlləsində maddə (5 il həbs)
Fransa – Cinayət Məcəlləsində maddə (20 il həbs)
ABŞ – İnsan klonunun yaradılmasına müvəqqəti qadağa
(2003)
BMT – İnsan klonunun yaradılmasını qadağan edən
qanunlar qəbul etmək barədə üzv ölkələrə çağırış (2005)
8. Hüquqi baxımdan əgər insan rüşeyminin inkişafı süni
surətdə dayandırılsa, bu gələcəkdə insan olacaq bu
rüşeymə qarşı qəsd hesab olunmur, çünki insan hələ
dünyaya gəlməyib və deməli o, fiziki şəxs sayıla bilməz.
Amma eyni hərəkət insan hüququnun tapdalanması və
etik cəhətdən cinayət kimi qəbul edilir. Bundan başqa
dünyaya gələn klonun aqibəti onun kimə məxsus
olması da mübahisəlidir.