1. 1
Azərbaycan Tibb Universiteti
Müalicə-Profilaktika-2
II kurs ___ qrupunun
tələbəsi Həkim Babanın
“Operativ Cərrahlıq və Topoqrafik-Anatomiya”
fənni üzrə
“Başın arterial qan təchizatının
xüsusiyyətləri(başın kəllə və üz şöbələrinin
yumşaq toxumalarının və beynin
topoqrafiyası,başın arterial sisteminin
topoqrafiyası,bu və ya digər arteriyaların
zədələnməsi və keçiriciliyinin pozulması zamanı
kollateral qan dövranının əmələ gəlməsi,arterial
qan təchizatının yaralanmaları və cərrahi
işlənməsində və praktik cərrahiyyədə
əhəmiyyəti”mövzusunda hazırladığı referat
<<Bakı-2013>>
2. 2
Mövzu Planı :
1. Başın kəlləşöbəsininyumşaq toxumalarının
topoqrafiyası...............................................
...səh.1
2. Başın üz şöbəsininyumşaq toxumalarının
topoqrafiyası...............................................
...səh.15
3. Baş beynin arterial sisteminin
topoqrafiyası...............................................
...səh.29
4. Beyin qan dövranının
fiziologiyası.................................................
..səh.35
5. İşemik serebrovaskulyarproseslərdə
A.carotisinterna-nın cərrahi
müalicəsi.....................................................
...səh.45
4. 4
əsas hissiyyat orqanları iləbərabər,bütün sinir
sisteminin ali idarəedici mərkəzi-baş beyin,hərəkət
vəmüvazinəti tənzimləyən beyincik yerləşir.
Kəllənin hissələrinə uyğun olaraq,baş nahiyəsində
beyin vəüz şöbələri ayırd edilir.
Başın beyin şöbəsi iki hissəyəbölünür:
1-Kəllə tağı 2-Kəllə əsası
Kəllətağının hüdudları daxilində3 nahiyə yerləşir:
1-Alın-təpə-ənsə nahiyəsi-regio fronto-parieto-
occipitalis
2-Gicgah nahiyəsi-regio temporalis
3-Məməyəbənzər çıxıntı nahiyəsi-regio mastoidea
Alın-təpə-ənsə nahiyəsi-regio fronto-parieto-
occipitalis
5. 5
Dəri,birləşdirici toxumadan əmələ gəlmiş çoxsaylı
şaquli fibroz atmalar vasitəsiləaponevrotik şlemlə
sıx birləşdiyindən,az hərəkətlidir vəbarmaqlarla
tutduqda büküş əmələ
gətirmək olmur.
Dərialtı toxuma qatının piy
toxuması çoxdur.Piy
toxuması qalın dəri iləgüclü
aponevrotik papaq arasında
yerləşmişdir vəonlarla
birlikdəümumi bir qat təşkil edir.Buna səbəb dərini
aponevrotik şlemləbirləşdirən fibroz atmalrın
olmasıdır.
Ona görə dəpiy toxuması ayrı-ayrı fassiyal paycıqlar
şəklindəarı pətəyinə bənzəyir.
Bədənin digər nahiyələrindən fərqli olaraq,bu
nahiyənin dərisini vəyumşaq toxumalırını
qidalandıran arterial qan damarları vəsinirlər
dərialtı toxuma qatında yerləşir.
6. 6
Dərialtı piy qatında yerləşən damarların
adventisiyası piy toxumasını ayrı-ayrı paycıqlara
bölən fibroz atmalarla çox sıx birləşmişdir.Burada
baş verən zədələnmələr zamanı qanaxmanı
müvəqqəti saxlamaq məqsədilə
zədələnmiş damarları kəllə
sümüklərinə sıxırlar.
Nahiyənin əsas damar-sinir
dəstələri:
1.Göz yuvasıüstü damar və
sinirlər
a-)Göz yuvasıüstü ateriya,vena vəsinir-a.v. et
n.supraorbitalis
b-)Bloküstü ateriya,vena vəsinir-a.v. et
n.supratrochlearis
2.Səthi gicgah arteriyası,venası vəonları müşayiət
edən qulaq-gicgah siniri-a. et v.temproralis
superficialis et n.auriculotemporalis
7. 7
3. Qulağın arxa arteriyası,venası vəsiniri-a.v. et
n.auricularis posterior
4.Ənsəarteriyası,venası,böyük vəkiçik ənsəsinirləri-
a. et v.occipitalis et nn.occipitalis major et minor.
Alın-təpə-ənsə nahiyəsinin venoz sistemi çox güclü
inkişaf etmişdir.Bunlar arsında çoxlu sayda
anastomozlar vardır vəonlar bir tərəfdən kəllənin
beyin vəüz şöbələrinin venalarını bir-birilə,digər
tərəfdən isəsəthi venoz sistemi dərin venoz
sistemləbirləşdirir.
Kəllətağının yumşaq toxumalarının
venaları,sümükdaxili venalar vəbeyinin sərt
qişasının venoz cibləri bir-biriləbirləşərək,vahid bir
venoz sistemi əmələgətirirlər.Bu birləşmiş venoz
sistemdəqan cəərəyanın istiqaməti kəllədaxili
təzyiqin səviyyəsindən asılı olaraq dəyişir.Belə
ki,kəllədaxili təzyiq artdıqda venoz qan səthi venoz
sisteməvəəksinə ötürülür.
8. 8
Kəllətağının səthində çox güclü vünoz sisteminin
olması,göz yuvası vəüzün venaları arasında olan
anastomozlar,beyinin sərt qişasının venoz cibləri ilə
birbaşa əlaqəüzdəvəbaşın tüklü hissəsindəolan
patoloji proseslərin vəinfeksiyanın yayılma yollarını
müəyyənləşdirməyə imkan verir.
Kəllətağı nahiyəsindən limfanın daşınması vəəsas
kollektorlara ötürülməsi,Sappeyin təklif etdiyi
sxemə uyğun olaraq,ön,orta vəşöbələrdəbaş verir.
Kəllətağı nahiyəsində təbəqələr arasında aşağıdakı
toxuma boşluqları ayırd edilir:
1-Dərialtı toxuma sahəsi
2-Aponevrozaltı toxuma sahəsi
3-Sümüküstlüyü altı toxuma sahəsi
Kəllətağını təşkil edən sümüklərin xarici vədaxili
səfhələri arasında yerləşən süngəri maddəqatında
kəllədaxili vəkəlləxarici venoz sistemləri birləşdirən
diploetik venaların olması burada baş verən irinli-
9. 9
iltihablı proseslər zamanı infeksiyanın hematogen
yolla kəllədaxilinəkeçməsinə səbəb olur.
Kəlləqutusu sümüklərinin vəörtük toxumasının
qeyd olunan topoqrafo-anatomik xüsusiyyətlərinin
kliniki cərrahlıq təcrübəsindəböyük əhəmiyyəti
vardır.
Birincisi,kəllənin baş hissəsindətörəyən irinli
proseslər və hematomalar dərialtı piy
qatında,aponevrozaltı vəsümüküstlüyüaltı toxuma
boşluqlarında yerləşəbilərlər.Lakin bu patoloji
proseslər topoqrafo-anatomik cəhətdən yerləşdiyi
toxuma boşluğunun hüdudları daxilindəəmələ
gətirdiyi şişkinliklərin formasına vəyayılma sahəsinə
görə bir-birindən fərqlənir.Belə ki,dərialtı piy
qatında yaranan hematoma lokal,aponevrozaltı
boşluqda baş vertən hematoma total olaraq,qaş
arasından yuxarı boyunardı xəttə
qədər,sümüküstlüyüaltı hematoma isəbir sümüyün
hüdüdları daxilindəyerləşmiş olur.
10. 10
İkincisi,dəri vəəzələ-aponevrotik təbəqənin bir-birilə
çox sıx vəsümüküstlüyü iləisəkövşək toxuma qatı
vasitəsiləbirləşdiyi üçün baş hissəsindəskalp
yaralarının əmələ gəlməsinə səbəb olur.
Üçüncüsü,kəllənin baş hissəsinin venoz qan dövranı
örtük toxumasının venaları vəbeynin sərt qişasının
venoz cibləri olmaqla 3 mərtəbədə yerləşmişdir.
Gicgah nahiyəsi-regio
temporalis
Dəri alın-təpə-ənsə
nahiyəsinin dərisinənisbətən
nazikdir.Önəgetdikcətük
örtüyünü itirir,aşağıya
getdikcəaponevrozla onun arasında olan fibroz
atmalar yox olur.
11. 11
Dərialtı toxuma qatı zəif inkişaf etmişdir.Bu
təbəqədəaponevrotik şlemin davamı olan səthi
fassiyanın səfhələri arasındakı toxuma qatı
daxilindəxarici yuxu arteriyası sistemindən olan
səthi gicgah arteriyasının şaxələri,üçlü sinirin III
şaxəsindən ayrılan qulaq-gicgah sinirinin
şaxələri,habeləüz sinirindəayrılan hərəki sinir
lifləri yerləşirlər.
Səthi fassiya aponevrotik şlemin davamıdır və
aşağıya doğru getdikcəüzünyanaq toxuması
daxilindəitir.
Xüsusi fassiyaalmacıq
qövsündən 3-4 sm yuxarıda
səthi vədərin səfhələrə
ayrılır;səthi səfhəalmacıq
qövsününbayır,dərin səfhə
isəiçəri kənarına bağlanır.Bu
səfhələr arasında
12. 12
aponevrozlararası boşluq(spatium
interaponeuroticum) əmələgəlir.
Çənəsümüyüosteomielitizamanı
aponevrozlarası piy qatında irin toplana
bilər.Lakin aponevrotik səfhələrin çox sıx
birləşdirici toxumadanəmələgəldiyinəgörəirin
uzun müddətqonşu nahiyələrə
yayılmır.Aponevrozlarası piy qatında almacıq
qövsünəparalel olaraq orta gicgah
arteriyası(səthi gicgah arteriyasının şaxəsi)
yerləşir.
Gicgah əzələsinin(m.temporalis) başlanğıc
hissəsindəgicgah aponevrozunundərin səfhəsi
onunla sıx
birləşmişdir.Aşağıyagetdikcə
əzələiləaponevroz bir-
birindən ayrılır.Belə
ki,aponevroz almacıq
qövsünündaxili kənarına,əzələ
13. 13
isəalt çənənin tac çıxıntısına bağlanır.Bunun
nəticəsindəəzələiləaponevroz arasında əmələ
gələn boşluq piy toxumasıilətutulur.Bu piy
toxumasıyanaq nahiyəsindəolan piy
toxumasının(Bişin piy cismi) davamını təşkil edir
vəqeyd olunan almacıq qövsü iləalt çənənin
çıxıntısı arasından Piroqovungicgah-
qanadabəənzəər sahəsinə(interstitium
temporopterygoideum)keçir. Piy toxuması
buradan Bişin piy toxumacisminəkeçir.
Təbəqələrin yerləşməsindən asılı olaraq,gicgah
nahiyəsindədörd toxumasahəsi ayırd edilir:
1_Dərialtı toxuma sahəsi
2_Aponevrozlararasıtoxuma sahəsi
3_Paraossal toxuma sahəsi
4_Aponevrozaltıtoxuma sahəsi
14. 14
Məməyəbənzər çıxıntı nahiyəsi-regio mastoidea
Nahiyənin dərisi öndənazikdir,arxaya getdikcə
qalınlaşır,tük örtüyündən məhrumdurvə
barmaqla çətinlikləbüküşəmələgətirir.
Dərialtı piy qatı kifayət dərəcədəinkişaf etmişdir
vəməməyəbənzəraponevrozu dəri iləbirləşdirən
çoxsaylıfibroz atmalar vasitəsiləayrı-ayrı
paycıqlara bölünmüşdür.
Məməyəbənzər aponevroz döş-körpücük-
məməyəbəzərəzələnin vətəri hesabına əmələ
gəlmişdir vəçox sıx birləşdirici toxumadantəşkil
olunmuşdur.
Sümüküstlüyüburaya bağlana əzələlərin
hesabına daha da güclənmiş vəməməyəbənzər
çıxıntının üçbucağa bənzər kiçik bir hissəsindən
başqa,qalan şöbələrin xarici səthi iləçoxsıx
birləşmişdir.
15. 15
Məməyəbənzər çıxıntının hamarsəthəmalik
üçbucaqşəkillihissəsitrepanasiyon üçbucaqvəya
Şipo üçbucağı adlanır.Bu üçbucağın hüdudları
daxilindəsümüküstlüyüsümükiləçox boş
birləşmişdir.Üçbucağın
hüdudları daxilindəsümüyün
içərisindəbir boşluq-
məməyəbənzərmağara
yerləşir.Bu boşluqaditusad
antrum vasitəsilətəbil
boşluğu iləəlaqələnir.Orta qulağın irinli
otitlərindəiltihabi prosesin aditum ad antrum
mastoideum vasitəsiləçıxıntının mağaralı
boşluğuna keçməsi nəticəsindəbaş verən
masteoditlərzamanı bu üçbucağın hüdudları
daxilindətrepanasiya əməliyyatı icra olunur.
Məməyəbənzər nahiyənin qan təchizatıarxa
qulaq arteriyası vasitəsilətəmin olunur.
16. 16
Nahiyənin hissi innervasiyası böyükqulaq vəkiçik
ənsəsiniri vasitəsiləyerinə
yetirilir.
Kəllə əsası
Kəlləəsasının xarici və
daxili səthləri ayırd edilir.
Kəllənin xarici əsasının ön
şöbəsindəolan fassial vəaponevrotik səfhələrin
mövcudluğuhesabına burada baş verən
hematomalar,irinli-iltihabiproseslər vəşişlərin
yayılması məhdudlaşır.Lakinçox nadir hallarda
irinli proses kəllənin xarici əsasının bayır qapı
nahiyəsinəkeçəbilər.Bu şöbədənirin kütləsi çox
vaxt aşağıya,udlağı yanlardan vəarxadan əhatə
edən toxuma sahələrinəkeçərək absesslərəmələ
17. 17
gətirəbilər.Buradan da irin kütləsi qida
borusunungedişi boyunca boyuna,həttaarxa
orta divararalığına yayılaraq irinli mediastinitin
əmələgəlməsinədəsəbəb ola bilər.
Kəllənin xarici əsasının ön şöbəsindəbaş verən şiş
prosesləri,bir qayda olaraq,az müqavimətəmalik
olan nahiyələrə(ağız vəburun
boşluqlarına,Haymormağarasına,alın cibinəvə
s.),qanad-damaq çuxurundan isəalmacıq,gicgah
vəgicgahaltı çuxurlara,əsas-damaqdəliyi
vasitəsilə isəburunboşluğuna yayıla
bilər.Kəllənin daxili əsası bir-birinin ardınca
pilləkənvari şəkildəyerləşmiş üç-ön,ortavəarxa
kəlləçuxurlarından təşkil olunmuşdur.Önkəllə
çuxuru orta kəlləçuxurundan əsas sümüyünkiçik
qanadlarının kənarı vəgörməçarpazına məxsus
şırımdan öndəyerləşən limbus sphenoidalis
vasitəsilə,orta kəlləçuxuru isəarxa kəllə
çuxurundan türk yəhərinin arxa hissəsivəgicgah
18. 18
sümüklərinin daşlıq hissələrinin yuxarı kənarları ilə
ayrılır.
BAŞ BEYNİN
QİŞALARI
Baş beynin 3 qişası ayırd edilir:
Sərt qişa-dura mater
Hörümçəktorunabənzər vəya damarsızqişa-
tunica arachnoidea
Yumçaq qişa-pia mater
Bəzən sərt qişanı-pachimeninx,hörümçək
torunabənzərvəyumşaq qişaları isəbirlikdə-
leptomeninx adlandırılır.
19. 19
Beynin sərt qişası atmalarının sümüklərə
bağlandığı yerlərdəsərt qişa səfhələri bir-birindən
ayrılaraq venoz cibləri əmələgətirilər.
Beynin Sərt Qişasının
Vaskulyarizasiyası
Beynin sərt qişası aşağıdakı
arteriyalarla qidalanır:
1.Beynin sərt qişasının ön arteriyası-göz
arteriyasından ayrılan ön xəlbir arteriyasının çox
nazik şaxəsi olub xəlbirəbənzər səfhədənkəllə
boşluğuna daxil olur.
2. Beynin sərt qişasının orta arteriyası-əng
arteriyasından ayrıldıqdan sonra tin dəliyindən
20. 20
kəlləboşluğunakeçir,iki əsas ön (r.frontalis) və
arxa (r.parietalis) şaxələrəbölünür.
3. Beynin sərt qişasının arxa arteriyası-xarici yuxu
arteriyasından ayrılan udlağın qalxan
arteriyasının şaxəsi olub,vidacidəlikdən kəllə
boşlluğuna daxil olur,arxa kəlləçuxurunun
hüdudları daxilindəbeyinin sərt qişasını vəənsə
sümüyününpullu hissəsiniqidalandırırlar.
4.Ənsəarteriyasının sərt qişa şaxəsi-çoxnazik
olub məməyəbənzərdəlikdən kəlləboşluğuna
daxil olaraq arxa kəlləçuxurunda sərt qişanın
qidalanmasında iştirak edir.
Başın üz
şöbəsinin
yumşaq
21. 21
toxumalarının topoqrafiyası
Başın üz şöbəsində aşağıdakı nahiyələr ayırd
edilir:
1.Gözyuvası nahiyəsi-regio orbitalis
2.Burun nahiyəsi-regio nasalis
3.Ağız nahiyəsi və submental nahiyə-regio oriset
submentalis
4.Üzünyan nahiyəsi-regio facialis lateralis
Üzün yan nahiyəsi də öz növbəsində 3 şöbədən
təşkil olunmuşdur:
a) Yanaq nahiyəsi-regio buccalis
b) Qulaqaltı-çeynəmə nahiyəsi-regio
parotideomasseterica
22. 22
c) Üzün dərin nahiyəsi-regio facialis profunda
Başın kəllə və üzün yan şöbələri sərhəddində
eşitmə və müvazinət orqanının xarici qulaq
hissəsi yerləşir.
Göz yuvası nahiyəsi-
regio orbitalis
Nahiyə göz yuvası kənarları ilə əhatə
olunmuş göz yuvasından və onun
möhtəviyyatından ibarətdir.Göz yuvası girəcəyi
qalın fassiya ilə tutulmuşdur.Fassiya göz yuvası
kənarlarına bağlanır və göz yuvası nahiyəsini 2
şöbəyəbölür:
23. 23
1_Səthi Şöbə 2_Dərin Şöbə
Səthi şöbə arakəsmədən öndə yerləşir və göz
qapaqlarından ibarətdir.
Dərin şöbə arakəsmədən arxada yerləşir və göz
alması əzələləri,damarları,sinirləri,piy
toxumaları yerləşən xüsusi göz yuvasından
təşkil olunmuşdur.
Xüsusi göz yuvası nahiyəsi kəllə tağı,kəllə əsası
və üz sümüklərindən təşkil olunmuş 4 divara
malikdir.Dördtərəfli pramidaya bənzəyən bu
boşluğun zirvəsi türk yəhərinə,əsası isə önə-
xaricədoğru yönəlmişdir.
Göz yuvası boşluğu canalis opticus və göz
yuvasının yuxarı yarığı vasitəsilə kəllənin orta
24. 24
çuxuru, aşağı göz yarığının medial hissəsi ilə
qanad-damaq çuxuru,lateral hissəsi ilə isə
gicgahaltı çuxurla əlaqələnir.
Göz qapağı dərisi nazik və hərəkətli olub göz
almasının ön seqmetinə müvafiq olaraq əyilmiş
formaya malikdir.O,qapağın sərbəst kənarları
ilə möhkəm birləşir və buradakı yarıq vasitəsilə
ön vəarxa kənarlara bölünür.
Göz qapağının əzələ qatı gözün həlqəvi
əzələsindən təşkil olunmuşdur.Bu əzələdə iki
hissə-göz qapağı hissəsi(pars palpebralis) vəgöz
alması hissəsi(parsorbitalis) ayırd edilir.
Göz yuvası boşluğu tenon kapsulası vasitəsilə
bulbar və retrobulbar şöbələrə bölünür.Tenon
kapsulasının içəri səthi hamar,parlaq olub göz
25. 25
almasından limfa mayesi ilə dolmuş yarıqla
(spatium intervaginale) ayrılır.Göz almasının
sərbəst hərəkət etməsi bununla bağlıdır.
Retrobulbar şöbədə periorbita ilə örtülmüş
yuxarı divardan aşağı fassiya ilə əhatə olunmuş
retrobulbarpiy toxumaları yerləşir.
Göz yuvasının mərkəzi hissəsində görmə
siniri,onun ətrafında isə digər törəmələr
yerləşir.Görmə dəliyi yaxınlığında görmə
sinirinə bayır tərəfdən kirpik düyünü
söykənir.Bu düyünəaşağıdakı sinir şaxələri daxil
olur:
26. 26
1.Burun-kirpik sinirindən ramus
communicans cum ganglione ciliari
2.Gözün hərəki sinirindən radix oculomotoria
3.Göz arteriyası kələfindən ramus
sympathicus ad ganglion ciliare
Burun
nahiyəsi-regio
nasalis
Burun nahiyəsi xarici burun,burun boşluğu və
burnun əlavəciblərindən ibarətdir.
Xarici burun yuxarıdan onun bu hissəsinin
formasını müəyyən edən burun
sümüklərindən,yan hissələri əng sümüyünün
27. 27
alın çıxıntısından və qığırdaqlardan (cartiloago
nasi lateralis,cartilago alaris major) əmələ
gəlmişdir.Burunun qığırdaq arakəsməsinin
zədələnməsi burun deformasiyalarına səbəb
olur.
Burun boşluğu burun arakəsməsi vasitəsilə sağ
və sol yarım hissələrə bölünərək iki dəliklə
(choanae) burun-udlaqla əlaqələnir.Burunun
yan divarlarında müxtəlif hündürlüklü və
uzunluqlu 3-yuxarı,orta və aşağı balıqqulağı
yerləşir.Balıqqulaqları və yan divarlar arasında
yuxarı,orta vəaşağı burun keçəcəyi yerləşir.
Aşağı burun keşəcəyi digər burun
keçəcəklərindən böyükdür və burun göz yaşı
28. 28
kanalı vasitəsilə göz yuvası ilə,kəsici kanal
vasitəsiləağız boşluğuiləbirləşir.
Orta burun keşəcəyi xəlbir qıfı-infindibulum
ethmoidalis vasitəsilə alın cibi ilə,aypara deşik-
hiatus semilunaris vasitəsilə əng cibi ilə,əsas-
damaq dəliyi-foramen sphenopalatina vasitəsilə
qanad-damaq çuxuru-fossa pterygopalatina ilə
və xəlbir sümüyünün ön və orta hücrələri ilə
əlaqəlidir.
Yuxarı burun keçəcəyi apertura sinus
sphenoidalis vasitəsilə əsas sümük ilə,qoxu
dəlikləri-foramina olfactoria vasitəsilə ön kəllə
çuxuru vəxəlbirin arxa hücrələri iləbirləşir.
29. 29
Burunun əlavəcibləri:
1.Əng cibi(antrumHaymori)
Bu cib burun boşluğunun ən böyük əlavə
cibidir.Buradan gözyuvasıaltı sinirin yuxarı diş
kələfini əmələ gətirən yuxarı,ön və orta alveol
şaxələri,həmçinin əng arteriyasının yuxarı və
aşağı alveol şaxələri keçir.
2.Alın cibi(sinus frontalis)
Bəzən heç olmayan bu cib bəzən görmə
kanalına daxil olaraq əsas sümüyün kiçik
qanadlarına və ya alın sümüyünün alın
çıxıntısına qədər gedib çata bilir.Buradakı irinli
proseslər frontit adlanır və proses göz
yuvasına,ön kəlləçuxuruna yayıla bilir.
30. 30
3.Əsas cib(sinus sphenoidalis)
Bu cib əsas sümüyün cismi daxilində yerləşərək
mürəkkəb topoqrafiyalı altı divara malikdir.Əsas
cibin daxilindəyerləşən arakəsməonu sağ vəsol
hissələrəbölür.
4.Xəlbir labirinti
Xəlbir labirintindəön,orta vəarxa hücrələr ayırd
edilir.Buradkı irinli öproseslər çox zaman əng və
alın ciblərinin irinli prosesləri iləyanaşı gedir.İrin
bu cibdən kəllə boşluğuna və göz yuvasına
yayıla bilir.
31. 31
Ağız nahiyəsi-regio oralis
Ağız nahiyəsi çənə sümüklərinin alveol
çıxıntıları və dişlər vasityəsilə ağız dəhlizi
(vestibulum oris) vəxüsusi ağız boşluğu (cavum
oris proprium) hissələrinəbölünür.
Dəri nazikdir,piy vətər vəziləri ilə zəngindir.Dəri
dərin təbəqədəolan əzələqatı iləsıx birləşdiyinə
görə az hərəkətlidir,selikli qişa isə əzələ
qatından kövşək toxumailəayrılmışdır.
Əng cibini kiçik azı dişlərindən ayıran sümük
çox nazik olduğundan pulpitlər və diş köklərinin
irinli prosesi çox vaxt əng ciblərinəyayıla bilir.
32. 32
Ağız boşluğunun aşağı divarını dilatı sümüklə
çənə arasında yerləşən,çənə-dilaltı əzələnin
hesabına əmələ gəlmiş ağız
diafraqması təşkil edir.
Yanaq nahiyəsi-
regio buccalis
Dəri nazikdir,içərisində çoxlu sayda tər və piy
vəziləri yerləşir.
Dərialtı təbəqəyə nazik fassial səfhələrlə əhatə
olunmuş yanağın piy cismi söykənir.Bişin piy
cismi adlanan bu toxuma ord əzələsi
üzərində,onunla çeynəmə əzələsi arasında
yerləşir.Yanağın piy cismi 3 çıxıntısı vasitəsilə
33. 33
müvafiq nahiyələrlə-gicgah,göz və qanad-
damaq çuxuru iləəlaqələnir.
Bəzən yanağın piy cisminin qanad-damaq
çıxıntısı göz yuvasının aşağı yarığının aşağı-içəri
hissəsindən kəllə boşluğuna keçərək əsas
sümük cisminin kəllədaxili səthinə çatır və
burada mağaralı cibə söykənir.Bu səbəbdən də
üzdə olan fleqmonoz proseslərin kəllə
boşluğuna keçərək mağaralı cibə yayılması
qorxusu yaranır.
Yanaq nahiyəsinin səthi fassiyası buradakı
mimiki əzələlər üçün fassiyal yataq əmələ
gətirir.Mimiki əzəzlər bir-birindən dərialtı piy
toxumasıqatları iləayrılırlar.
34. 34
Qulaqaltı-Çeynəmə
nahiyəsi-regio
parotideomasseterica
Nahiyənin dərisi nazik olub,kişilərdə tüklə
örtülüdür.
Dərialtı təbəqə yaxşı inkişaf etmişdir.Bu qatdan
dərini nahiyənin xüsusi fassiyası ilə birləşdirən
çoxsaylıbirləşdirici toxuma atmaları keçir.
Qulaqaltı-çeynəmə fassiyası qalın bir fassiyal
səfhə olub qulaqaltı vəz üçün kapsula əmələ
gətirməklə yanaşı bu vəz daxilinə doğru
arakəsmələr verir.Nəticədə vəz paylı quruluş
kəsb edir.Bu səbəbdən vəzin irinli prosesləri
35. 35
zamanı iltihab vəz daxilində hər yerdə eyni
intensivlikləinkişaf etmir.
Qulaqaltı vəz (glandula parotis) çənəarxası
çuxurda yerləşərək səthi hissəsi ilə çeynəmə
əzləsinin üzərinə çıxır,dərin hissəsi udlağın yan
divarı boyunca yerləşmiş toxuma sahəsinə
keçir.
Vəzin xarici qulaq keçəcəyinə söykənmiş yuxarı
hissəsində kapsula nazikləşir və bu hissə vəz
kapsulasının yuxarı “zəif nöqtəsi” adlanır.İrinli
parotitlər zamanı bu zəif hissədən kapsulanı
dağıdan irin,xarici qulaq keçəcəyinin qığırdaq
hissəsindən keçən limfa damarlarının gedişi
boyunca yayılaraq xarici qulaq keçəcəyinə
tökülə bilir. Kapsulanın “ikinci zəif nöqtəsi”
36. 36
vəzin udlaq çıxıntısı hissəsində yerləşir.Bu
hissədə vəzin fassiyal kapsulası,yuxarıdakına
nisbətən,daha zəif olduğundan irinli proseslər
zamanı çox vaxt məhz buradan kapsula dağılır
vəproses ətrafa yayılır.
Üzün dərin nahiyəsi-regio
facialis profunda
Üzün dərin nahiyəsində iki toxuma sahəsi ayırd
edilir:
1.Gicgah-qanadabənzər sahə (spatium
temporopterygoideum) –gicgah əzələsi ilə
çənə sümüyünün oynaq çıxıntısına bağlanan
37. 37
bayır qanadabənzər əzələ arasında
formalaşır.Bu sahədə əng arteriyası və onun
şaxələri,qanadabənzər venoz kələf yerləşir.
2.Qanadabənəzr əzələlərarası sahə(spatium
interpterygoideum)-bayır qanadabənzər əzələ
iləçənəbucağının içəri səthinəbağlanan medial
qanadabənzər əzələ arasında yerləşir.Burada
n.mandibularis,onun şaxələri,əng
arteriyasından ayrılmış kiçik arteriyal şaxələr və
qanadabənzər venoz kələfin bir hissəsiyerləşir.
Baş beynin arterial
sisteminin topoqrafik-
anatomiyası
38. 38
Baş beynin qanla qidalanması vəvenoz axını
insan orqanizminin digər orqanları iləmüqayisədə
bir sıra xüsusiyyətlərəmalikdir.
Baş beyin arterial qanı 4 mənbədən-iki daxili yuxu
vəiki fəqərəarteriyası sistemindənalır.
Baş beyindəbir dəqiqədəcərəyan edən qanın 2/3
hissəsidaxili yuxu arteriyasından,1/3 hissəsiisə
fəqərəarteriyaları sistemindəndaxil olur.
Baş beynin beləgüclü qidalanması onun qan
təchizatındabaş verən hipoksiyayaqarşı çox
həssasolduğunu göstərir.Ona görədədaxili yuxu
arteriyasının kəskin okklyuziyasına səbəb olan
bütünpatologiyalar vəya onun bağlanması,əks
tərəfin arteriyaları iləgüclü anastomozların
olmasına baxmayaraq,beyindəgeriyədönməz
proseslərin baş verməsinəsəbəb olur.Bunun əksi
olaraq xroniki gedişəmalik olan damarvəbeyin
mənşəli(hidrosefaliya,xronikiokklyuziya yaradan
damarpatologiyaları) patologiyalar zamanı daxili
39. 39
yuxu arteriyalarının arasında,eləcədəxarici yuxu
areriyası sistemindən olan sərt qişanın orta
arteriyası,göz nahiyəsindəxarici vədaxili yuxu
arteriyaları sistemindən olan şaxələrin,habelə
körpücükaltı arteriyanın şaxələri hesabına
anastomozlarəmələgəlir vəfəsadların qarşısı
alınır.
Baş beyni qidalandıran daxili yuxu vəfəqərə
arteriyaları sistemindən olan şaxələr (daxili yuxu
arteriyasından-ön,orta beyin arteriyaları vəarxa
əlaqələndirici şaxələr,fəqərəarteriyalarından isə
arxa beyin arteriyası) beyin əsasında
subaraxnoidalboşluqdabir-birilə
birləşərək,böyük beynin arterial dövranını vəya
Villiz dövranını-(circulus arteriosus Willisii) əmələ
gətirirlər.Bu dövran baş beynin bütün paylarını
qanla eyni dərəcədətəmin edir.
Baş beynin arterial dövranınını təşkil edən
damarlar subaraxnoidalboşluqda
40. 40
yerləşərək,kəllənin daxili əsasında türk
yəhərinin,beyin əsasında isəməməyəbənzər
cismi,bozqabarı vəgörməçarpazını əhatəedir.
Baş beynin qan dövranını əmələgətirən
arteriyaların sol yarımhissədəyerləşənlərinin
diametri sağdakılara nisbətən böyük,sağdakıların
uzunluğu isəsoldakılara nisbətən uzun
olur.Buradan praktikada təsdiq olunmuşbelə
məntiqi nəticəçıxarmaq olur ki,beynin sol
yarımkürəsinin arteriyalarının daha böyük olduğu
üçün emboliyaya,sağ
yarımkürələrinin daha uzun
olduğu üçün isə
trombozlaratez-tez
məruz qalırlar.
Fəqərə arteriyası
41. 41
VII boyunfəqərəsi bərəbərindəkörpücükaltı
arteriyanın yuxarı səthindən başlayır.Şaquli
istiqamətdəyuxarı qalxaraq ,VI boyunfəqərəsinin
köndələn çıxıntısının üzərindəki dəliyədaxil
olur.Boyunfəqərələrinin köndələn çıxıntılarının
əmələgətirdiyi kanalla yuxarıya qalxaraq,II
fəqərənin köndələn çıxıntısındakı dəlikdən xaric
olur.Sonra arxa vəbayırtərəfədönərək I boyun
fəqərəsinin köndələn çıxıntısındakı dəlikdən
keçərək atlas-ənsəzarını vəbeynin sərt qişasını
böyükənsədəliyi səviyyəsindədəlib kəllə
boşluğuna keçir.Arteriyanın köndələn dəliklər
xaricindəki hissəsi“V1”,köndələn dəliklər
daxilindəki servikal hissəsiisə“V2” segmenti
adlanır.Həmçinin arteriyanın atlasın köndələn
dəliyindən subaraxnoidboşluğa daxil olana
qədərki hissəsi“V3”,subaraxnoid boşluqdakı
hissəsiisə“V4”segmenti adlanır.
42. 42
Kəlləboşluğundaənsəvəəsas sümüklərinin
tikişləri səviyyəsindəsağ vəsol fəqərəarteriyaları
uzunsov beynin önünəkeçir,beyin körpüsünün
arxa kənarında bir-biriləbirləşərək,əsas
arteriyanı-a.basilaris əmələgətirir.Burada
arteriya beyinciyə,daxili qulağa,körpüyəməxsus
şaxələr verir vəözününson şaxələrinə-beynin arxa
arteriyalarına (a.cerebri posterior) ayrılır.Beynin
arxa arteriyası daxili yuxu arteriyasının şaxəsi olan
arxa birləşdirici arteriya iləanastomozlaşır.Beynin
arxa arteriyası baş beynin ənsəpaylarının arxa
bayır səthlərini qidalandırır.
Daxili yuxu
arteriyasının
topoqrafiyası
Daxili yuxu arteriyası
ümumi yuxu arteriyasından
ayrıldıqdan sonra yuxarıya
qalxaraq gicgah sümüyünün
43. 43
daşlıq hissəsindəkiözünəməxsusyuxu kanalına
daxil olur vəkanala uyğun olaraq ön içəri
istiqamətdəbirinci əyriliyi əmələgətirir.Yuxu
kanalından çıxan kimi cırılmış dəliyin hüdudları
daxilindəgicgah sümüyününzirvəsi səviyyəsində
yuxarıya qatlanaraq ikinci əyriliyi əmələ
gətirir.Sonra kəlləboşluğunadaxil olur vəəsas
sümüyücisminin yan səthindəolan yuxu şırımına
istiqamətlənir.Türk yəhərinin dibi səviyyəsində
arteriya önəçevrilərək üçüncüəyriliyi əmələ
gətirir vəmağaralı cibin daxili iləkeçərək,görmə
dəliyi səviyyəsindəyuxarıya vəbir qədər arxaya
istiqamətlənərək dördüncüəyriliyi əmələgətirir.
Daxili yuxu arteriyasının əyrilikləri qanın sürətini
azaltmaq vədamarpulsasiyasını zəiflətmək
üçündür.Klniki baxımdan isəalın
payının arxa-aşağı şöbələrinin və
ya gicgah paayının ön aşağı
səthinin şişləri zamanı
44. 44
angioqrammlara əsaslanaraq diaqnozun
qoyulmasındabu əyriliklərin praktik əhəmiyyəti
vardır.
Kəllə daxilində daxili yuxu arteriyası birincili
şaxələrini iki hissədə verir.Mağaralı cibin
daxilindən keçərkən ondan aşağıda şaxələr
ayrılır:yuxu-təbil–a.carotica tympanica,üçlü
sinir düyününə - a.ganglii semilunare,hipofizə -
a.hypophyse ayrılır.Kəllə boşluğunda isə daxili
yuxu arteriyası ön və orta beyin arteriyalarını
verməmişdən əvvəl ondan göz arteriyası
(a.ophtalmica),arxa birləşdirici arteriya
(a.communicans posterior),damarlı kələfin ön
arteriyası (a.choriodeaanterior) ayrılırlar.
45. 45
Beyin qan dövranının
fiziologiyası
Beyin metobolik ehtiyacı yüksək bir orqan olub
digər orqanlardan fərqli olaraq enerjiyi yalnız
qlükozadan təmin edir.Qlükoza ehtiyacı 100 q
beyin üçün dəqiqədə 4.5 və 7 mq arasında
tərəddüd edir.Beynin günlük qlükoza ehtiyacı
125 q-dır.Qlükoza beyində qlikolitik və
trikarbotsiklik (aerob) şəkildə metabolizmaya
uğrayır.
Aerobik maddələr mübadiləsi zamanı hər bir
qlükoza molekulu 36 ədəd ATF əmələ gətirdiyi
halda anaerob maddələr mübadiləsi zamanı isə
46. 46
süd turşusu ilə birlikdə 2 ədəd ATF molekulu
meydana gəlir.
Neyronal bütünlüyün qorunması-kalsium ilə
natriumun hüceyrə xaricində,kaliumun isə
hüceyrə daxilində tutulması üçün davamlı bir
ATF istehsalına ehtiyac vardır. Anaerob qlikoliz
ilə ortaya çıxan enerji daha kiçikdir.Bunun üçün
də oksigen və qlükoza ehtiyatı aşağı olan beyin
toxuması funksional və struktur bütövlüyünü
davam etdirə bilmək üçün kafi oksigen və
qlükozanı ehtiva edən kəsilməz qan axınına
möhtacdır.
Beyin üçün lazımlı sabit oksigen və qlükoza,
ürəyin dəqiqəlik sistolik həcminin 15%-ini-
dəqiqədə 800 ml olan qan axınından qarşılanır.
47. 47
Bu dəyərlərəqarşılıq gələn beyin qan axını (CBF-
cerebral blood flow) ehtiyacı 100 qram beyin
üçün dəqiqədə 40-60 mililitrdir. İstirahət
halında beyin qan axını sinir toxumasının
metabolik ehtiyacını qarşılayacaq səviyyədədir.
Metabolik ehtiyacı çox olan boz maddədə
regional qan axını (regional cerebral blood
flow-rCBF) metabolik ehtiyacı daha az olan ağ
maddədən çoxdur. Serebral korteksin oksigen
istifadəsi 6ml/100g/dak. olduğu halda ağ
maddənin bir dəqiqədəki oksigen istifadəsi 100
qram beyin üçün iki mililitrdir. Normal şəraitdə
beyindəki qan axınını serebral perfüzyon təzyiqi
(CPP-cerebral perfusion pressure) ilə
serebrovaskulyar müqavimət (CVR -
48. 48
cerebrovascular resistance) müəyyənləşdirir.
Serebrovaskulyar müqavimət qan özlülüyü və
damardiametrindən asılıdır.
CBF = CPP / CVR
Serebral perfüzyon təzyiq (mean CPP), serebral
qan dövranındakı ortalama arteryal qan təzyiqi
(MAP-mean arterial pressure) ilə venoz təzyiq
(ICP-intracranial pressure) arasındakı fərqə
bərabərdir. Bu dəyər normalda 90 mmHg
səviyyəsindədir.
CPP = MAP-ICP
Ortalama arteriyal təzyiq, diastolik qan
təzyiqinə nəbz təzyiqinin (sistolik təzyiq-
49. 49
diastolik təzyiq) üçdə biri əlavə olunaraq
hesablanır.
MAP = diastolik KB+ nəbz təzyiqi / 3
Serebral perfüzyon təzyiqi normal olan,istirahət
vəziyyətindəki beyində, beyin qan axını,
toxumanın metabolik ehtiyacını qarşılayacaq
səviyyədədir. Bu vəziyyətdə, fərqli beyin
bölgələrində, qandan əldə edilən oksigen və
qlükoza dəyərləri ümumiyyətləbərabərdir. İradi
hərəkət ilə hərəki qabıq qıcıqlıqlandığında
həmin nahiyənin metabolik ehtiyacı da artır.
Beyin qan axını regional olaraq artaraq ehtiyacı
qarşılayır. Bu vəziyyətdə toxumanın qandan
aldığı oksjen və qlükoza miqdarında bir
dəyişiklik olmur.Beyin qan axını müxtəlif
50. 50
neyronal və kimyəvi proseslərdən təsirlənə
bilir.Məsələn,qandakı oksigen təzyiqi,
karbondioksid təzyiqi beyin qan axına təsir
etdiyi kimi, qan axını da kəllə daxili təzyiq
dəyişikliklərindən dətəsirlənir. Fizioloji şəraitdə,
yuxarıda tənliklərdə görüldüyü kimi beyin qan
axınını sabit tutan mexanizmlər vardır.
Ortalama arteriyal təzyiq azaldığında və ya
kəllə daxili təzyiq artdıqda serebral perfüzyon
təzyiq azalır. Bununla birlikdə prekapilyar
damarların diametrindəki genişlənmə ilə
birlikdə serebrovaskulyar müqavimət də azalır
və beyin qan axını sabit qalır. Serebral
51. 51
perfüzyon təzyiqi artdıqda damar diametrində
daralma baş verir, müqavimət artır vəbeyin qan
axını sabit qalır. Sistemik ortalama arterial
təzyiqi 60 ilə 160 mmHg dəyərləri arasında
qaldığı müddətcə beyin qan axınının sabit
qalmasını təmin edən bu mexanizm
“autoregulyasiya mexanizmi” adlandırılır.Orta
hesabla arteriyal qan təzyiqi 60 mmHg altına
düşdüyündə prekapilyar damarların genişləmə
qabiliyyəti itir. Damarlar daha çox genişlənə
bilmir və sonunda CPP və
buna bağlı CBF da
azalır.Ortalama arteriyal qan
təzyiqi 160 mmHg üzərinə
çıxdığında isə damarlardakı
52. 52
daralma prosesi ən üst səviyyəsinə çatır.Damar
diametri daha çox darala bilmir və
hiperemiya,vazogenik ödem inkişaf edir.
Intrakranial təzyiq artır və hipertenziv
ensefalopatiya özünü büruzə verir.Hər iki
vəziyyətdə də artıq autoregulyasiya pozulmuş
və CBF qan təzyiqindən asılı hala gəlmişdir.
Uzun müddət hipertenziyası olan insanlarda
autoregulyasiya dəyərlərinin alt və üst
sərhədləri da yüksəlir. Yəni autoregulyasiya
əyrisi yuxarıya sürüşür. Hipertenziyası olan
şəxslərdə yüksək qan təzyiqi dəyərlərinə
dözümlülük artarkən hipotenziyaya da
həssaslıq artır. İşemik iflic,subaraxnoidal
qanama,kəllə travması, qanda parsiyal
53. 53
karbondioksid təzyiqinin artması kimi serebral
autoregulyasiyanın pozulduğu hallarda da
beyin qan axını, perfüzyon təzyiqindəki
dəyişikliklərdən asılı vəziyyətəgəlir.
Serebral infarkt kimi, toxumanın funksiyasını
yerinəyetirə bilmədiyi vəmetabolik ehtiyacının
azaldığı vəziyyətdə bölgədəki
qan axını azalır. Beyin qan
axını azaldığında toxumanın
qandan aldığı O2 (OEF-
oxygen extraction fraction)
və qlükoza (GluEF-glucose
extraction fraction) miqdarı artaraq normal
maddələr mübadiləsini və beyin funksiyalarını
qoruyur. Bu dövrdə kliniki simptom görülmür.
54. 54
Lazım olduğunda OEF artımı normalın 3, GluEF
artımı isə normalın 10 qatına qədər çıxa bilər
.Beyin qan axını 100 qram beyin üçün dəqiqədə
20 millilitrin altına düşərsə,elektrofizyoloji
səssizlik halı ortaya çıxar. Bu vəziyyətdə işemik
toxumanın enerji ehtiyacı alt səviyyədədir.
Beləliklə,bir müddət üçün də olsa hüceyrə
bütünlüyünü qoruyur.İşemiya müddəti
uzanarsa,hüceyrə ölümü başlayır. Bu sırada
toxumanın qandan aldığı oksigen miqdarı
(OEF) daha çox arta bilmir və toxumanın
oksigen istifadəetmətutumu (CMRO2-cerebral
metabolic ratio for oxygen) düşməyə başlayır.
Beyin qan axını 100 qram beyin üçün 15ml/dak.
olduğunda elektroensefaloqrafda fəaliyyət
55. 55
qeydə alınmır və fəaliyyət potensialı itir. Beyin
qan axını 10ml/dak/100gr olduğunda hüceyrə
ölümü başlayır. Normal şəraitdə hüceyrə
daxilində olan kalium ionu ilə ekstrasellular
bölgədə olan natrium və kalsium ionları
arasındakı tarazlığı təmin edən ion nasosunun
enerji ehtiyacı ödənmədiyində kalium hüceyrə
xaricinə çıxır. Bu sırada kalsium və natrium
ionu, su ilə birlikdə hüceyrə içərisinə girərək
sitotoksik ödem əmələ gətirir və geriyədönməz
hüceyrə ölümü prosesi başlayır. Elektriki
səssizlik ilə hüceyrə zarının ion tarazlığını
itirəcəyi vəziyyətə gəlməsi üçün lazım olan
zamanı işemiyanın şiddəti və müddəti təyin
edir.
56. 56
İşemik
hadisələrdə,
mərkəzdə
işemiyadan
ən çox zərər
görən bir sahə ilə ətrafında enerji
mübadiləsində pozulan və bu səbəblə elektrik
fəaliyyətini sürdürə bilməyən,lakin hüceyrə
daxili və xarici arasındakı ion tarazlığını
qoruyan,geriyədönməz hüceyrə ölümünün
başlamadığı bir bölgə vardır.Elektriki
səssiz,ancaq həyatını davam etdirməkdə olan
bu beyin bölgəsi işemik penumbra olaraq
adlandırılır.Penumbradaki hücreyrələr işemik
toxuma ilə normal perfuziya olunan toxuma
57. 57
arasında yerləşir.Buradakı qan axını normal
axının 20-50 %-ni təşkil edir.Bu sahə
kollaterallarla vaskulyarizasiya olunduğu üçün
infarktdan sonra saatlarca canlı qala
bilirlər.Tezliklə reperfuziya
gerçəkləşməzsə,neyronların ehtiyac duyduğu
kafi oksigen vəqlükoza təmin edilə bilməyəcəyi
üçün bu sahədəki hüceyrələr dəöləcəkdir.
İşemik serebrovaskulyar
proseslərdə A.carotis interna-nın
cərrahi müalicəsi
58. 58
Daxili yuxu arteriyasındakı stenoz və ya
okklyuziya retinal və serebral işemiyaya səbəb
ola bilir.
Karotis arterial sistemdəki işemik proseslərin
əmələgəlməmexanizmi iki cürdür:
1.Zəif perfuziya (hemodinamikçatışmazlıq)
2.İntrakranyal
emboliya
Zəif perfuziya
Daxili yuxu
arteriyasının
okklyuziya və ya
stenozu zamanı əmələ gələn zəif perfuziyon
qan axını kollateral dövranın kafi olmadığı
59. 59
nahiyələrdə “distal çatışmazlıq” meydana
gətirir və retina və ya yarımkürələrdə işemiyaya
səbəb olur.
İntrakranyal Emboliya
Aterosklerotik İCA(inferior carotid artery-daxili
yuxu arteriyası) xəstəliyində arteriya proqressiv
olaraq daralır.Ateromik lövhə üzərində
toplanan trombositlər qoparaq distal
intrakranyal damarların tutulmasına səbəb ola
bilir.
AterosklerotikİCA-nın etioloji səbəbləri:
1.Ateroskleroz(90%)
2.İnfeksion agentlər
3.Hipertenziya
62. 62
olunan cərrahi əməliyyatdır.Ümumi anesteziya
altında carotis communis,interna və eksterna
əldə edilir.Bilateral olaraq daxili yuxu
arteriyasının 70 %-dən yuxarı stenozu olan
xəstələrdə ilk olaraq simptomlu tərəf əməliyyat
edilir.Kəsik döş-körpücük-məməyəbənzər
əzələnin medial kənarına paralel olaraq icra
edilir.
Əməliyyat:
Dəri,dərialtı təbəqə və
platizma kəsilərək
ümumi,xarici və daxili yuxu
arteriyaları xaricə
çıxarılır.Ümumi yuxu
63. 63
arteriyasından daxili yuxu arteriyasına doğru
uzanan arteriotomiyaaparılır.
Arteriyanı liqaturaya almamışdan əvvəl baş
verəcək olan işemiya müddətində
-Əks tərəfdəki İCA-da yüksək dərəcəli stenoz və
ya tam tıxanıqlıq varsa;
-İCA –nın distal hissəsində
təzyiq aşağıdırsa;
şunt qoyulur.
Endarterektomiya arteriyanın intima
vəorta qişası arasından icra edilir.
64. 64
Endarterektomiya tamamlandıqdan sonra kəsik
nahiyəsi v.saphenus və ya politetrafloretilen ilə
yamanır.
Karotis Endarterektomiya əməliyyatı üçün əks-
göstərişlər:
-Tam tutulmuşkarotid arteriya xəstəliyi
-Serebral infarkt sonrası ciddi neyroloji defisit
-Xəstənin yaşama ümidini məhdudlaşdıran
əlavə sistemik xəstəlikləri varsa xəstənin
əməliyyat edilməsi əks göstərişdir.
Əməliyyat sonrası baş verəbiləcək ağırlaşmalar:
-Qanaxma