2. HAQQINDA
• Kapqra sindromu-
xəstənin ətrafındakı
şəxslərin onlarla tam
eyni görünüşlü yad
insanlarla əvəz
olunduğunu düşündüyü
misidentifikasiya
sindromudur. Kəskin,
müvəqqəti və xroniki
formaları mövcuddur.
3. Tarixi
• Kapqra sindromu Fransız psixiatrist
Joseph Capgra-ın şərəfinə
adlandırılmışdır. O, bu xəstəlik
haqda ilk dəfə 1923-cü ildə “Xanım
M.,” adlı xəstənin şikayətləri ilə
əlaqədar qeydiyyat aparmışdır. Bu
xəstə yoldaşının və başqa
tanıdıqlarının yerinə başqasının
keçdiyini demişdir. Capgra və
Reboul- Lachaux ilk dəfə bu
sindromu “oxşarların illuziyası”
adlandırmışdır.
4. • Bu düşüncə pozğunluğu daha çox
şizofreniya xəstəliyi diaqnozu
qoyulmuş xəstələrdə rast gəlinir.
11. Təzahür və simptomları
• 74 yaşlı xanım D. Evdar qadındır və təzəlikcə
yerli xəstəxanadan ilkin psixiatrik müraciətdən
evə yazılmışdır, ikinci dəyərləndirmə üçün
müraciət etmişdir. Ilin əvvəlindəki
müarciətində yoldaşının tanımadığı adamla
dəyişdirildiyi inancı ilə atipik psixoz diaqnozu
qoyulmuşdur. Saxtakarla yatmaqdan imtina
etmiş, özünü hamama qapamış, oölundan
silah istəmişdir və sonunda onu xəstəxanaya
yatırmaq istəyən polislərlə dalaşmışdır. Bəzən
yoldaşını uzun müddətdir xəstə olan atası
olduğuna inanmışdır. Digər ailə üzvlərini
asanlıqla tanımış, lakin yoldaşını tanımamışdır.
12. Səbəbləri
• Kapqra sindromunun kompleks və
üzvi dəyişiklikli xəstəlik olduğu
hesab edilir. Sindromla birgə
neyroanatomik zədənin təyin
olunması ilə daha yaxşı başa
düşülür. Xəstəlik haqqında ilk
məlumatlar üz xatırlama qabiliyyəti
pozulması ilə beyin zədələnməsi
olan xəstələrdə aşkarlanmışdır. Belə
hallarda, xəstələrdə şüurlu olaraq üz
xatırlama mümkün olmur, lakin
digər obyektlərin xatırlanması
mümkündür.
13. “Bauer”in hipotezi
• Beləliklə, 1984-cü ildə Bauer
göstərdi ki, xəstələrdə şüurlu üz
tanıma prosesi pozulmuş olsa
da, onlar tanış simalara qarşı
avtomatik canlanma olur. Təklif
edirdi ki, uz tanıma prosesində
iki yol var- şüulu və şüursuz.
14. “Hadyn Ellis və Young”ın hipotezi
• 1990-cı ildə psixoloqlar Hadyn
Ellis və Young belə bir hipotez
irəli sürdülər ki, Kapqra sindromu
olan xəstələrdə “güzgü şəkli”
vəya ikili üztanıma ayrılması
vardır. Onların şüurlu üztanıma
qabiliyyətləri intaktdır, lakin tanış
üzləri xatırlama ilə əlaqədar olan
avtomatik emosional tanımanı
təmin edən sistemdə zədələnmə
ola bilər.
15. Ramachandran hipotezi
• 2007-ci ildə demişdir ki,
xəstə emosiyaları hiss edə
bilir və üzləri tanıya bilir,
lakin tanış üzləri görəndə
emosiyalar hiss edə
bilmirlər. Ramachandran
hipotezə etmişdir ki,
Kapqra sindromunun
mənbəyində temporal
cortex-lə hardakı
üztanıma prosesi gedir və
limbic sistem –
emosiyalara cavabdehdir-
arasında əlaqə
pozulmuşdur.
16. Müalicə
• Individual terapiya aparılır.
Reallıq testləri və yenidən
səhnələndirmək kimi idrak
texnikaları istifadə etmək olar.
Antipsixotik və digər terapevtik
dərmanlarla da oxşar nəticələr
əldə etmək mümkündür.