1. DƏDƏ QORQUD
Təqdimatın Müəllif i:
İ smayıllı rayon
6 saylı tam orta
məktəbin Azərbaycan
dili və ədəbiyyat
müəllimi Fərəcova
Gülçöhrə.
2. DƏ RS İ N GEDİŞİ .
3.MÜQƏDDİ MƏ
(DƏDƏ QORQUD
Kİ MDİ R?)
Bölmələrin üstünə
vurun
5.DASTANA
DAXİ L OLAN
BOYLAR.
1.Kİ TABİ - DƏDƏ
QORQUD
HAQQINDA
4.TARİ XLƏ
ƏLAQƏSİ
6.TESTLƏR VƏ
SUALLAR
2.”Kİ TABİ - DƏDƏ
QORQUD”UN
NÜSXƏLƏRİ
7.EV
TAPŞIRIQLARI
8.Qİ YMƏTLƏNDİ
RMƏ MEYARI 9.SON
3. KİTABİ -DƏDƏ QORQUD
Əsil adı:
"Kitab- ı Dədə Qorqud əla Lisan- ı Taife- i Oğuzan“
Mənası:
“Oğuzların dili ilə Dədə Qorqud kitabı”
“Kitabi- Dədə Qorqud” Azərbaycan xalqının tarixi
qəhrəmanlıq keçmışini əks etdirən möhtəşəm sənət
abidəsidir. Epos Oğuz tayfalarının bədii zövqünü, adət-ənənəsini,
mənəvi- ruhi aləmini, alp- ərənlik həyatını
öyrənmək üçün böyük əhəmiyyətə malikdir. ”Dədə
Qorqud” eposu hər birinin öz süjet xətti olan müxtəlif
boylardan ibarətdir. Lakin bu boylar eposun ümumi
məzmunu , ideyaları ilə birbaşa ,ya da dolaysı ilə bağlıdır.
Oğuz tayfaları İ ç Oğuzdan və Dış oğuzdan ibarətdir.
Eposun əvvəlki boylarında oğuzun birliyini bütövlüyünü
görürük. Lakin on ikinci boyda birlik pozulur. Epos həm
nəzm,həm də nəsr hissədən ibarətdir.
4. Kit abın 2 ə ly azma
Dədə Qorqud Kitabının
Vatikan Nüsxəsının İlk Səhifəsı
Almaniy anın Dre z den
muz e y ində sax lanılan
“Dre z den nüsx ə s i.
Bir müqə ddimə 12
boy dan ibarə t dir.
Dədə Qorqud Kitabının
nüs x ə s i var.
Drezden Nüsxəsinin 2 Səhifəsi
Vat ikandakı muz e y də
sax lanılan “Vat ikan
nüsx ə s i. Bir
müqə ddimə 6 boy dan
ibarə t dir
5. “D d Qorqud” kitabının ə ə əvvəlində verilmiş
müqəddimədə eposun əsas müəllifi ozanlar ozanı Dədə
Qorqud və onun müqəddəs keyfiyyətləri, müdrik
kəlamları barədə məlumat verilir. Epos məhz onun adı ilə
adlanmışdır.
D ə d ə Q o r q u
d k i m d i r?
Dədə Qorqud Həzrəti Muhəmməd s.a.s–ın
dövründə yaşamış, Oğuz hökümdarı İnal Sır
Yavkuy xan zamanında elçi sifəti ilə peyğəmbərin
yanına göndərilmiş, özü islamı qəbul etmiş,
Oğuzun böyük xanını da müsəlman etmişdir.
“Kitab”ın müqəddiməsində deyildiyi kimi Qorqud
Ata oğuzların kamil bilicisi imiş.Gələcəkdən
qəribə xəbərlər söylər , nə deyərmişsə,olarmış.
Dədə Qorqudun özü,şəxsiyyəti kimi qopuzu da
müqəddəs sayılır. Dədə Qorqud əlinə qopuz
alaraq soy soylar, boy boylayır ki, Oğuzun
qəhrəmanlıq tarixi itməsin.Bir el ağsaqqalı kimi
elçi gedir,toylar,düyünlər keçirir,igidlik göstərmiş
gənclərə ad verir.
Əfsanəyə görə, Dədə Qorqud yalnız konkret şəxslərə deyil,
ümumi anlayışları, əşyaları da təbiətinə uyğun adlandırmış,lakin
anlayış əşyanın əsl adına müvafiq olmadıqda təəssüflənərək
demişdir:
Gəlinə ayran demədim mən Dədə Qorqud,
Ayrana doyran demədim mən Dədə qorqud,
İynəyə tikən demədim mən Dədə Qorqud,
Tikənə sökən demədim mən Dədə Qorqud.
6. TARİXLƏ ƏLAQƏSİ
“Dədə Qorqud” eposu I minilliyin sonu, II minilliyin əvvəllərində
Azərbaycanda və Anadolunun şərqində geniş yayılaraq ozanların repertuarının
əsasını təşkil edirdi. Dastanda bəhs olunan hadisələrin tarixi əhəmiyyətini
nəzərə alan türk-müsəlman katibləri, tarixçiləri onu yazıb mühafizə etməyə
ehtiyac duymuş, II minilliyinin əvvəllərində “Dədə Qorqud” eposu
əsasında“Dədə Qorqud” kitabını yaratmağa başlamışlar.
Eposda hadisələr feodalizm dövrünün ilk təşəkkül dövrü ilə səsləşir. Habelə
burada ibtidai icma, quldarlıq dövrünün qalıqları da özünü göstərir.
Əsərdən aydın görünür ki, oğuzların əsas dövlət quruluşu “Oğuz eli” adlanırdı və
onun əsasını Oğuz bəyləri təşkil edirdi. Başda isə xanlar xanı Bayandır xan
dururdu.
“Kitabi-Dədə Qorqud “ dastanında hadisələr Azərbaycanın Qazlıq dağı,
Dərbənd, Göyçə, Bərdə, Şərur, Əlincə qalası ərazilərində baş verib.
“Kitabi-Dədə Qorqud”un nəşri və tədqiqi XIX əsrdən başlamışdır. Bu
abidəni ilk dəfə aşkara çıxaran alman alimi Fon Dits 1815-ci ildə “Təpəgöz”
boyunu alman dilinə tərcümə edir və haqqında maraqlı fikirlər irəli sürür.
“Kitabi-Dədə Qorqud” Azərbaycanda ilk dəfə 1939-cu ildə Həmid Araslı
tərəfindən tərcümə olunub.
20 aprel 1997-ci ildə “Kitabi-Dədə Qorqud”un 1300 illiyinin keçirilməsi
haqqında Azərbaycan Respublikasının Prezidenti fərman vermiş və 9 aprel 2000-ci
ildə “Kitabi-Dədə Qorqud”un 1300 illiyi Bakı şəhərində qeyd olunmuşdur.
7. 1- Dirsə xan oğlu
Buğacın boyu
4- Qazan bəyin oğlu
Uruz bəyin dustaq
olduğu boy
7- Qazlıq Qoca oğlu
Yeynəyin boyu
10- Uşun Qoca oğlu
Səgrəyin boyu
2- Salur Qazanın
evinin yağmalandığı
boy
5- Duxa Qoca oğlu
Dəli Domrul boyu
8- Basatın Təpəgözü
öldürdüyü boy
11- Salur Qazan
dustaq olub və oğlu
Uruzun onu xilas
etdiyi boy
3- Bayburanin oğlu
Bamsı Beyrək boyu
6- Qanlı Qoca oğlu
Qanturalı boyu
9- Bəkil oğlu İmranın
boyu
12- İç Oğuza Dış
Oğuzun dönük
çıxması və Beyrəyin
öldüyü boy
BOYLAR
Bölmə lə rin üs t ünə vurun
8. 1.Dirs xan o lu Bu ə ğ ğacın boyu haqqında.
Birinci boy qəhrəmanlıq səhnləri və təsvirləri
ilə səciyyəvidir. Oğuz igidləri arasında konfiliktə bu
ilk boyda və on ikinci boyda təsadüf edirik. Lakin hər
iki boydakı qəhrəmanlar sübut edir ki, Oğuz birliyi
pozulmaz və basılmazdır.
Boyun məzmunu belədir: Dirsə xanın övladı yox
idi. “Ac görsə doyurdu,yalın görsə donatdı.Borclunu
borcundan qurtardı.” Nəhayət, onun bir oğlu
dünyaya gəldi. Oğlan on beş yaşına çatanda Bayandır
xanın buğasını öldürür. Dədə Qorqud onun şərəfinə
söz qoşur ,adını Buğac qoyur. O, çox cəsur idi.
Oğuzun qorxaq və paxıl bəyləri Buğaca şər atırlar.
Dirsə xan oğlunu öldürmək istəyir. Ağır yaralanmış
oğlunu anası ölümdən qurtarır. Axırda Buğac atasını
da xilas edir. Boy ata, oğul və ananın qələbəsi ilə
tamamlanır.
9. 2.Salur Qazanın evinin yamğalandığı boy
haqqında.
• Boyun əsas surətləri: Qazan xan,Burla xatun,Uruz,Qaraca
Çoban,Şöklü Məlik
• Boyun əsas ideyası oğuz cəmiyyətinin
vətənpərvərliyi,yurd,el-oba və ailəni düşmənlərdən
müdafiəsi uğrunda mübarizəsidir.
• Salur Qazan ovda olarkən Şöklü Məlik altı yüz kafirlə hücum
edib qadınları, uşaqları,habelə Qazan xanın qoca anasını,
qadınını və oğlunu əsir aparır.Sonra qoyun sürülərini aparmaq
istəyirlər.Lakin Qaraca Çobana qalib gələ bilmirlər.
• Salur Qazan Qaraca Çobanla birlikdə Şöklü Məliklə vuruşur.
Oğuz igidləri gəlib çıxır.Böyük savaş olur. Qazan xan ordusunu,
oğlunu, uşağını, xəzinəsini alıb geri dönür.Qaraca Çobanı isə
əmiraxur təyin eləyir.
• Eposda yeganə haldır ki, adi çoban yuxarı təbəqə ilə birlikdə
mübarizədə göstərilir. Həm də öz ağası Qazan xandan daha
cəsur,iradəli və yenilməz bir qəhrəman kimi verilir.
10. 3.Bayburanın oğlu Bamsı Beyrəyin boyu
haqqında.
• Bu boy romantik səciyyəsi ilə fərqlənir. Bu boyda da qəhrəmanlar nəzir-niyazla
doğulur.Onların ox atması, at minməsi, güləşməsi və.s.folklor motivləridir.Habelə
elçilik ,toy məclisi və evlənmək mərasiminin təsviri qədim Oğuz adət-ənənələrinin
canlı bədii səhnəsi kimi səciyyəvidir.
• İki Oğuz bəyinin övladı yox idi. Arzularına çatırlar:Bayburanın oğlu,Baybecanın qızı
olur. Uşaqları “beşik gərtmə”edirlər.Onlar böyüyəndə bir-birini sevir.Amma toy günü
düşmənlər hücum edib oğlanı əsir aparırlar.O, on altı ildən sonra əsirlikdən qayıdır.
Həmin qayıdan gün də nişanlısının toyuna düşür.O, qızı azad edir və onunla evlənir.
11. 4.Qazan b yin ə oğlu Uruz bəyin dustaq olduğu boy haqqında.
Dördüncü boy süjetinə, ideyasına görə ikinci
boyla səsləşir. Hər ikisində də ata, ana məhəbbəti,
ağır günündə oğlunun köməyinə çatmaq motivləri
vardır.
Bu boyda əsas mövzu övlad tərbiyəsi ilə
əlaqdardır. Qazan oğlu Uruzla ova çıxır. Onun
əsas məqsədi də oğluna qəhrəmanlıq,
yurdsevərlik, oğuz elinə məhəbbət aşılamaqdır.
Qazan düşmənə qalib gəldiyi yerləri oğluna
göstərir. Gözlənilmədən yadlar hücum edib
gərgin döyüşdən sonra Uruzu əsir alırlar.
Nəhayət, Uruz ata və anası tərəfindən əsirlikdən
qurtarılır.
12. 5.Duxa Qoca oğlu Dəli Domrul boyu
haqqında
“Dəli Domrul “ boyu məzmunu,səciyyəvi
xüsusiyyətlərinə görə eposdakı digər boylardan
ayrılır. Bu boyda bir dəfə də olsun Oğuz
qəhrəmanlarının adı çəkilmir, habelə burada təsvir
olunan əhvalat oğuzların tarixi , adət-ənənəsi,etnik
xüsusiyyətləri ilə səsləşmir.Boy bir də bu cəhəti ilə
səciyyəvidir ki, dasdanda insan dini-əfsanəvi ruhlarla
qarşılaşır, ölümə qalib gəlir.
Boyun məzmunu belədir: Al qanadlı Əzrail
birisinin canını alır.Bu, Dəli Domrula xoş gəlmir,allaha
üz tutub etiraz edir. Allah Əzraili Dəli Domrulun
yanına göndərir ki, onun canını alsın. Sonra fikrini
dəyişir. Vəd eləyir ki, əgər dünyada onun əvəzində
ölməyə razı olan olsa, onu saxlaram. Ata-ana
oğlanlarına kömək etmirlər. Dəli Domrulun arvadı
idə əhvalatı eşidən kimi öz ömrünü ərinə verməyə
razı olduğunu bildirir. Bu, allahın xoşuna gəlir.Onlara
140 il həyat verir və ərlə arvad xoşbəxt yaşayırlar.
13. 6.Qanli Qoca oğlu Qanturalın boyu
haqqında
“ Qanlı Qoca oğlu Qanturalı” boyunda
q hr manın uzaq ell ə ə ərdə özünə əfsanəvi gözəl
axtarmaq arzusu və igidliyi qəhrəmanlıq dastanlarını
xatırladır. Bu boyda Oğuz ərinin kafir qızı ilə
evlənməsi yeganə haldır.
Boyun məzmunu belədir: Qanlı Qoca Qanturalını
evləndirmək istəyir, ancaq ona layiq qız tapmır.
Qanturalı Selcan xatunun eşqi ilə Trabzona yola
düşür. Lakin qızın atası şərt qoyur ki, kim aslana, qara
buğaya və qara dəvəyə qalib gəlsə , qızını ona
verəcəkdir. Qanturalı üç vəhşi heyvana qalib gəlir.
Bundan sonra toy olur, Qanturalı Selcan xatunla Oğuz
elinə yola düşür. Yolda qızın atasının göndərdiyi
adamlar qızı yenidən qaytarmaq istəyirlər. Bu
savaşda Qanturalı qalib çıxır.
14. 7.Qazlıq Qoca oğlu Yeynək boyu haqqında
Bu boydakı hadisələrin tarixi VII – VIII
əsirlərə aiddir.
Boyda əsas mövzu gənc Yeynəyin
igidlik göstərib atasını əsirlikdən
qurtarmasından ibarətdir. Hadisələr Qara
dənizin ətrafında yerləşən Düzümrüd
qalasında baş verir.
Bayandır xan Yeynəyə kömək üçün 24
soydan 24 igid göndərir.
Boyun qəhrəmanı Yeynək oğuzlar
içərisində islam dinini Məhəmməd
peyğəmbərdən qəbul edən Əmənlə
söhbət edir. Yeynək atasını qurtarmağa
gedərkən dayısı Əmənlə görüşür
15. 8.Basatın Təpəgözü öldürdüyü boy
haqqqında
Səkkizinci boydakı Təpəgöz əhvalatı dünya
xalqlarının şifahi ədəbiyyatında məşhur olan
sujetlərdəndir.
Bir dəfə düşmən hücumu zamanı Oğuz eli
köçməyə məcbur olur. Qaçarkən Aruz Qoca öz
oğlancığazını itirmiş, uşağı aslan götürüb bəsləmişdir.
Çox illərdən sonra Aruz Qoca doğma yurda qayııdb
oğlunu tanııyr və ona Basat adını qoyur.
Bu yerlərdə Təpəgöz yaşayırdı. O. Sarı Çobanın
pəridən doğulmuş oğlu idi. O, çox Oğuz igidlərini qırıb
sona çatır. Tə pəgözə hər gün 500 qoyun və iki adam
verərdilər. Basat atasının məzəmmətindən sonra
Təpəgözün üzərinə gedir və onu öldürür.
“ Basatın Təpəgözü öldürməsi” boyunda eli zalım
və qəribə düşməndən qorumaq motivi epik
əsatirlərdən olduğundan bu boy da çox qədimdir.
Təpəgöz köçəri türk-oğuz elini qorxudan ilk əfsanəvi
düşməndir.
16. 9.Bəkil oğlu İmranın boyu haqqında
Boyun əsas ideyası Oğuz igidlərinin qarşılıqlı
münasibətindən, onların qonşularla əlaqəsindən,
doğma yurdun sərhədlərini qorumaqdan ibarətdir.
Boydakı hadisələr real tarixi hadisələri yada salır.
Həqiqətən də Oğuz eli Gürcüstanla həmsərhəd idi.
Hər il Gürcüstanın doqquz vilayətindən Qazan xana
xərac gələrdi. Sərhəd həyatının çətinliyi diqqət
mərkəzində durur, çünki hər il qonşulardan basqın
gözlənilirdi.
Boyda atası Bəkili əvəz edən İmranın
qəhrəmanlığı, yadlarla vuruşu təsvir edilir. Burada ilk
dəfə olaraq feodalizmdə Oğuz elində hökm sürməyə
başlayan feodal münasibətləri də göstərilir.
Dastandan aydın görünür ki, Oğuz bəyləri azad və
sərbəst idilər, xan ancaq ayrı-ayrı bəylərə istiqamət
verərdi.
17. 10.Uşun qoca oğlu Səgrək boyu haqqında
Eposdakı kiçik qardaşın qəhrəmanlığı bütün dünya
folklorunda olan məşhur mövzulardandır.
Uşun qocanın böyük oğlu Əgrək yadların yaşadığı Alınca
qalasına gedərkən tutulur. Onun qardası Səgrək öz
qardaşını əsirlikdən qurtarır.
Boyda Oğuzların bəzi mənəv i-əxlaqi sifətləri də
əksini tapmışdır. Böyüyə hörmət, təvazökarlıq, ata,
qardaş haqqını müdafiə etmək, doğma yurda sonsuz
məhəbbət hissi xoş təəsurat oyadır.
Bütün bunlarla bərabər onuncu boy bitkin bir əsər
təsiri bağışlamır. Görünür, bu boyu köçürən ozan
müəyyən hadisə və əhvalatları ixtisara salmışdır. Belə
ki, kiçik qardaşın ata- anası bəzən oğullarını öz böyük
qardaşını qurtarmağa ruhlandırır, bəzən isə buraxmaq
istəmirlər. Səgrək isə evləndikdən sonra söz verir ki,
qardaşını qurtarmasa vüsal nədi bilməyəcək, arvadınıa
yeddi il gözləməsini tapşırır. Boydabütün bu əhvalatlar
mənəvi-psixoloji cəhətdən əsaslandırılmır.
18. 11.Salur Qazanın dustaq olduğu oğlu Uruzun
onu xilas etdiyi boy haqqında
Oğuzların yadlarla mübariz si ə boyun əsas fabulasını
təşkil edir. Eposun qəhrəmanı Qazan xan ovdan qayıdarkən
möhkəm yatır. Casuslar yadlara xəbər aparır. Yadlar gəlib
Oğuz bəylərini öldürür. Qazan xanı isə yatmış şəkildə əl-qolun
bağlayıb quyuya atırlar. Boy Qazan xanın qələbəsi ilə
bitir.
Boyda qədim şaminiliklə səsləşən motivlər də vardır.
Belə ki, Təkürün arvadı Qazan xan quyuda olarkən əhvalını
soruşur. O isə cavab verir ki, ölülərinizə aş verdiyiniz vaxt
əllərindən alıram, həm də ölülərinizin yorğasına minirəm.
Sadə ürəkli qadın isə buna inanır. Qazan xana yalvarır ki,
onun yeddi yaşlı qızına toxunmasın. Qazan isə cavabında
deyir ki, o yalnız həmin qızı minir. Övrət isə deyir:”Vay,
sənin əlindən nə yer üzündə dirimiz, nə də yer altında
ölümüz qurtulmuş”. Qadın ərinin yanına qaçır və yalvarır ki,
Qazanı quyudan çıxarsın, çünki Qazan onun ölülərini
incidir.Təkur də buna inanır. Boyda bundan başqa Qazan
xanının yeddibaşlı əjdaha haqqındakı nəğməsi göstərir ki,
bu əfsanə qədimdir.
19. 12.İç oğuza Dış oğuzun dönük çıxması
Beyrəyin öldüyü boy haqqında
Axırıncı boy oğuzların bir- biri ilə
müharibəsindən bəhs edir. Bir sıra boyların
qəhrəmanı Qazan xan öz evini yağmalatdırır.
Bu mərasimdə hamı iştirak etməli idi. Lakin
Dış Oğuz bəylərindən Aruz , Əmən və
başqaları iştirak etmədiklərindən Qazan
xandan qisas almaq istəyirlər. Onlar Bamsı
Beyrəyi öldürürlər. Qazan xanın başçılığı ilə İç
Oğuz bəyləri ilə müharibəyə başlayır. Bu
savaşda Aruz öldürülür.
Kitabi-Dədə Qorqud”da Qazan xanın
evinin yağmalandırılması səciyyəvidir. Bu
epizod zahiri effekt deyil, dərin məna daşıyır.
Habelə burada hakimiyyət uğrunda mübarizə
məsələsinə də rast gəlirik. Lakin eposda
Qazan xan oğuzların yeganə və əvəzsiz
xanıdır. Aruz qoca bu toxunulmaz hakimiyyətə
qarşı çıxdığından öz cəzasını alır.
20. TESTLƏR VƏ SUALLAR.
BÖLMƏLƏRİN ÜSTÜNƏ VURUN
DASTANDA
MÜQƏDDƏS ƏŞYA
HAQQINDA
BÜTÜN BOYLARDA
İŞTİRAK EDƏN
SURƏT
Dastanda qadına
münasibət
haqqında
Dastanda oğuz
xanları haqqında
Dastandakı
boyların sIrası
haqqında
21. BU ŞYALARDAN BİRİ Ə DASTANDA OĞUZ LARIN ƏN
ÇOX HÖRMƏT BƏSLƏDİYİ ƏŞYADIR.
ƏŞYANIN ÜSTÜNƏ VURUN
ÇADIR
YUN
XƏNCƏR QAVAL
QOPUZ
QABAL DAŞI
22. 1.TAM UYĞUN CAVABIN ÜSTÜNƏ VUR.
Dastanda
qadına
necə
münasibət
var idi?
Qadin uşaqların baxıcısI
sayılırdı.
Qadina yalnız övlad dünyaya
gətirən, onları böyüdən bir
insan kimi baxırlar
Qadınlar yalnız məişət
işlərində çalışır, digər
işlərdə söz haqqı yoxdur.
Qadın ərinin qulluqçusu və
həmçinin qəbilənin
gözəllik rəmzi kimi
baxırdılar.
Qadına ailə
namusu,
qəbilənin şərəfi,
mənəvi-əxlaqi
təmizlik,
qəhrəmanlıq
nümunəsi kimi
baxırlar.
Qəbilədə
qadınlar uşaqları
böyüdür, onlara
bilik verir, ox
atmağı, at
çapmağı , onlara
döyüşmək
öyrədirdilər.
23. 2.UYĞUN CAVABIN ÜSTÜNƏ VUR.
QAZAN
DƏLİ
DOMRUL
BAYBURA
DƏDƏ
QORQUD
BAYANDI
R
OĞUZ ELİNİN
XANLAR
XANININ ADI
NƏ İDİ?
ARUZ
24. Dastandakı boyların
düzgün sırasını seçin
Dirsə xan oğlu Buğacın boyu 1
Qazlıq Qoca oğlu Yeynəyin boyu
Salur Qazan dustaq olub və oğlu
Uruzun onu xilas etdiyi boy
Bayburanin oğlu Bamsı Beyrək boyu
Basatın Təpəgözü öldürdüyü boy
Qazan bəyin oğlu Uruz bəyin
dustaq olduğu boy
Qanlı Qoca oğlu Qanturalın boyu
Bəkil oğlu İmranın boyu
Duxa Qoca oğlu Dəli Domrul boyu
Salur Qazanın evinin yamğalandığı
boy
Uşun Qoca oğlu Səgrəyin boyu
İç Oğuza Dış Oğuzun dönük çıxması
və Beyrəyin öldüyü boy
2
3
4
5
6
7
8
9
10
CAVABIN ÜSTÜNƏ VUR
10,1,11,9,6,7,4,5,3,8,2,12
1,10,4,6,9,7,2,5,8,11,3,12
9,6,7,4,5,3, 10,1,11, 8,2,12
1,8,11,3, 6,9,7,2,12,5, 10,4
6,9,7,2,12 ,8,11,3, 1,10,4,5
11
12 4,6,9,7,2,5, 1,10, 8,11,3,12
25. Dirsə xan oğlu Buğacın boyu 1
Qazlıq Qoca oğlu Yeynəyin boyu
Salur Qazan dustaq olub və oğlu
Uruzun onu xilas etdiyi boy
Bayburanin oğlu Bamsı Beyrək boyu
Basatın Təpəgözü öldürdüyü boy
Qazan bəyin oğlu Uruz bəyin
dustaq olduğu boy
Qanlı Qoca oğlu Qanturalın boyu
Bəkil oğlu İmranın boyu
Duxa Qoca oğlu Dəli Domrul boyu
Salur Qazanın evinin yamğalandığı
boy
Uşun Qoca oğlu Səgrəyin boyu
İç Oğuza Dış Oğuzun dönük çıxması
və Beyrəyin öldüyü boy
2
3
4
5
6
7
8
9
10
11
12
ÜܶÜ.
26. BAYANDIR XAN TƏPƏGÖZ
DASTANIN BÜTÜN
BOYLARINDA İŞTİRAK EDƏN
SURƏT HANSIDIR?
QAZAN XAN
DƏDƏ QORQUD DƏLİ DOMRUL
BEYRƏK
29. ŞAGİRDİN QİYMƏTLƏNDİRMƏ CƏDVƏLİ
XAL
Meyarlar
SOYADI:___________________
ADI:______________________
SİNFİ:_____________________
10 20 30 40
Mövzunun
mənimsəniləsi
İnternet və əlavə
dərs
vəsaitlərindən
topladığı
məlumatlar
Testlərə verilən
cavablara
Dərsdə göstərdiyi
fəallıq
50
QEYD: 4= 140 - 180
5 = 180 - 200
3 = 80 – 160
2= 80-dən aşağı
30. EV TAPŞIRIQLARI.
• “Kitabi -D d Qorqud” ə ə eposunda bəyəndiyiniz
surət haqqında məlumat toplayın.
• Oğuzların yaşadığı əraziləri müəyyənləşdirin.
• Eposdan çixardığiniz nəticə.