4. Dölün çəp vəziyyəti
Situs obliquus dölün boylama oxu uşaqlığın
düz oxu ilə iti bucaq əmələ gətirir.Baş və
çanaq qalça sümüyü daraqlarını birləşdirən
xəttən aşağıda yerləşir.Köndələn vəziyyətdə
bu yuxarıda olur
5. Səbəbləri
1. Dölün olduqca hərəkətli olması
2. Dölün hərəkətlərinin məhdud olması
3. Başın düzgün duruşuna mane olan
patologiyalar
4. Uşaqlığın inkşaf anomaliyaları
5. Dölün inkşaf anomaliyaları
6. Göbək ciyəsinin qısa olması
6. Diaqnostika
Xarici muayinə ilə diaqnoz qoymaq olar.Xarici
mamalıq muayinəsi zamanı qarının köndələn ovoid
dorması,uşaqlıq dibinin aşağıda yerləşməsi diqqəti cəlb
edir.Döl köndələn vəziyyətdə olarkən dölün iri hissələri
uşaqlığın yan tərəfində əllənir.
7. Hamiləliyin və doğuşun gedişi
Köndələn vəziyyətin ən xarakter ağırlaşması
vaxtından qabaq doğuşdur(25-30%).Vaxtından
qabaq doğuş daxili təmas kəmərinin
yaranmaması səbəbindən dölyanı mayenin
vaxından qabaq axması nəticəsində baş
verir.Bu,dölün xırda hissələrinin düşməsi ilə
müşayət oluna bilər.Bu da infeksiyalaşma ilə
nəticələnə bilər
9. Köndələn vəziyyətdə dölyanı mayenin axması və
uşaqlığın yığılması nəticəsində döl hərəkətsizləşir
və unudulmuş köndələn vəziyyət yaranır.Bu
zaman vəziyyəti döndərmə ilə dəyişmək mümkün
olmur.Bir qayda olaraq dölün ölümü baş
verir.Uşaqlığın aşağı seqmentinin gərilməsi baş
verir və cırılır.Bu zaman qanaxma və sepsis kimi
vəziyyətlərdən ana ölümü baş verir
10. Hamiləlik və doğuşun aparılması
Dölün qeyri-düzgün vəziyyəti təkrar doğanlarda ilk
doğanlara nisbətən daha çox müşahidə olunur
çünki,tekrar doğanlarda servikal kanalın açıq olması
amnion mayesinin vaxtından qabaq axması ehtimalını
artırır
11. Döl köndələn və ya çəp vəziyyətdən əllə
döndərilərək fizioloji boylama vəziyyətinə
gətirilir.Əllə döndərmənin iki üsulu mövcuddur.
Xarici və daxili.
Dölün xarici döndərilməsi:
Döndərməyə əsas göstərişlər
1. Dölün köndələn və ya çəp vəziyyəti
2. Çanaq gəlişləri
12. Döndərməni icra etmək üçün şərtlər
1. Hamiləlik müddəti 34-36 həftə olmalıdır
2. Hamilə qadının və dölün vəziyyəti qənaətbəxş
olmalıdır.
3. Qarın divarı elastik olmalı və uşaqlıqda gərginlik
olmamalıdır
4. Döl kifayət qədər hərəkətli olmalı,su kisəsi
bütöv olmalı və həmçinin axmamalıdır
.
14. Köndələn və çəp vəziyyətdə dölün xarici
döndərilməsi zamanı texniki əməliyyat
Mamanın əlləri dölün başının və çanağını
proeksiya etdiyi nahiyədə yerləşdirilir.
Dölün başını yavaş-yavaş qasıq
nahiyəsinə sonra isə kiçik çanaq
girəcəyində doğru yönəldirlər. İkinci əl
dölün çanağını dibinə doğru aparır.
15. Dölün daxili döndərilməsi
Bu zaman mamanın əli uşaqlığa vəya uşaqlıq yoluna
daxil edilir. Uşaqlıq boynunun tam və ya natama
açılması zamanı iki daxili döndərmə variantda aparıla
bilər. Uşaqlıq boynunun tam açılması zamanı dölün
ayağı üzrə klassik xarici-daxili döndərilməsi aparılır.
Digər döndərmələrdən fərqli olaraq bu əməliyyat müasir
mamalıqda praktik əhəmiyyətə malikdir.Natamam
açılma zamanı yalnız 2 vəya 3 barmaq daxil eilir və
dölün ayağı üzrə döndərilməsi aparlır.
Uşaqlıq boynunun tam açılması zamanı dölün ayağı
üzrə klassik döndərilməsi.
Əsas göstəriş dölün köndələn vəya çəp vəziyyətdə
olmasıdır.
16. Döndərmə icrasının şərtləri
1. Uşaqlıq boynunun tam açılması
2. Dölün hərəkətliliyi
3. Dölün lçüləri ilə çanaq ölçüləri arasında olan
uyğunluq
4.Diri döl
17. Döndərməni aparan zaman bir çox çətinliklər və
ağırlaşmalar yarana bilər
1. Doğuş kanalında yumuşaq toxumaların rigidliyi ,uşaqlıq
borusunun spazmi, aralığın cırılması
2. Əlin çıxması, ayağın yerinə əlin tutulması. Bu hallarda
əlin yerinə salınması yalnış hesab olunur
3. Uşaqlığın cırılması döndərmə zamanı yaranan daha
kəskin ağırlaşmadır
4. Döndərməni qurtardıqdan sonra göbək ciyəsinin
düşməsi hal olduqda dölün çıxarılması dərhal yerinə
yetirilməlidir.
5. Dölün kəskin hipoksiyası , doğuş travması, dölün
intranatal ölümü.
6. Doğuşdan sonrakı dövrdə yarana bilən infeksiyon
ağırlaşmalarda döndərmə ilə praqnozu pisləşdirir.
18. Müasir mamalıqda bu əməliyyatdan istifadə
olunmur.Çünki bu zaman ciftin ayrılması ,uşaqlığın
cırılması,dölün asfiksiyası baş verə bilər.Əsasən Keser
emeliyyatı məsləhət görülür