2. Giriş
• Dərman allergiyası dərman maddələrinin qəbulundan sonra dəri və
selikli qişalarda meydana gələn patoloji dəyişikliklərdir.
• Toksiki maddələrə və ya allergik dərman maddələrinə bağlı
ekzantema,toksikodermiya,dərman ekzanteması,dərinin dərman
intoleransı olaraq da adlandırılan bu patoloji reaksiya bir çox xəstəliyi
təqlid və təhrik edə bilir.
• Dərman allergiyasının intensivliyi göstəricisi 1.5-44.0 % -dir.
3. Patogenezi Dərman allergiyasının polimorfizmi patogenezinin
m{rəkkəbliyi və m{xtəlifliyi ilə əlaqədardır.
• Yan təsir
• Yüksək dozaya bağlı kəskin toksiki reaksiya:
• Gecikmiş intoksikasiya
• Normal floranın pozulması
• Daşıyıcı və reseptorlarda yerdəyişmə
• Ferment stimulasiyası və inhibisiyası
• Dərman maddəsinin sekresiyasının dəyişməsi
• Xromosom zədələnməsi
• Teratogenik təsir
• Hidroliz
• Asetilləşmə
• Kumulyativ doza
• Latent və ya manifest
xəstəliyin təhrik olunması
• İntolerans
• Jarisch-Herxheimer reaksiyası
• Fototoksik və fotoallergik
reaksiya
4. Allergik reaksiyalar
• I tip reaksiya:Sensibilizasiyadan sonra əmələ gələn İgE-nin bazofil və
tosqun hüceyrələrin səthinə yerləşərək hüceyrə səthində
immunokompleks əmələ gətirdikdən sonra hüceyrə mediatorların
xaricə çıxması ilə bağlıdır.
• Anafilaktik şok
• Lokal Anafilaktik şok
• Dəridə övrə və subkutan angiödem(Kvinke ödemi)
• Serum xəstəliyi
• Bronxial astma
5. II tip reaksiya(sitotoksik reaksiya):
• Adətən dərman maddələri səbəb olur.Antigen hüceyrə səthinə
bağlanır.Daha sonra hüceyrə səthində əmələ gələn antigen-antitel
kompleksinə komplementin birləşməsi ilə hüceyrə zədələnir.
• Kəskin immunohemolitik anemiya
• Allergik trombositopeniya
• Allergik granulasitopeniya və granulositoz
6. III tip reaksiya(immun komplekslərin reaksiyası)
• Arthus tipli reaksiya: yüksək miqrdarda həll olan antigenin qanda və
toxumada presipitasiya edən antigen-antitel kompleksi əmələ gətirməsi
ilə başlayır.Komplement aktivasiyası ilə bazal membranda və ya qan
damarlarında İK depozitləri permeabilitasiyada artışa,polimorf nuklear
leykosit xemotaksisinə və lizosomal enzim ifrazına,nekrozlu
hemorragik iltihaba yol açır.
7. IV tip reaksiya
• Sensibilizasiya olunmuş T-limfositlər endogen və ekzogen antigenlərlə
reaksiyaya girir.
1. Tuberkulin tipli reaksiya
2. Ekzema tipli reaksiya
8. Klinikası
• Klinikasına əsasən etiologiyası haqqında nəticə çıxarmaq mümkün
deyil.IJünki bir dərman maddəsi fərqli formada dərman reaksiyalarına
səbəb ola bilir.
1. Skarlatinaformis,morbiliformis,rubeoliformis reaksiyası
2. Macilourtical dərman reaksiyası
3. Eritematovezikular dərman reaksiyası
4. Eksfoliativ eritrodermiya
5. Eritema multiforme və eritemabulloz reaksiya
6. Psevdolimfamatoz reaksiya
7. Toksik epidermal nekrolizis(Lyell sindromu)
8. Eritematoz dərman reaksiyası
9. Trombositopenik purpura
10.Proqressiv piqmentasiyalı purpura
11.Allergik leykositoklastik vaskulit
12.Nöqtəvari eritemayabənzər reaksiya
13.Hemorragik kumarin nekrozu
14.Fiks dərman reaksiyası
15.Lichenoid reaksiya
16.Akneyəbənzər reaksiya
17.Pruritus,paresteziya
18.Serum xəstəliyi tipli reaksiya
19.Dərmanın təhrik etdiyi dermatozlar
20.Pigmentasiya
21.Hipertrixoz
22.Qara tüklü dil
23.Akantozis nigrikans
24.Gingival hiperplaziya
25.Alopesi
10. Müalicə
• Dərman qəbulu dayandırılmalıdır.Orta,yüksək və çox yüksək dozalarda
oral glukokortikoid müalicəsi başlanılır.Şiddətli qaşınmalarda
antihistaminlər və ya kalsium verilə bilər.Ağır metallara qarşı
reaksiyalarda Na tiosulfat və ya dimerkaprol istifadə etmək
lazımdır.Yerli müalicəsi klinikası və morfoloji elementlərə görə
aparılır.Quru eritematoz ekzantema Zn losyonu ilə müalicə
edilir.Topikal kortikosteroidlər də istifadə olunur.
• Xəstələr dərmanların səbəb ola biləcəyi ağırlaşmalar haqqında
məlumatlandırılır.
11. Layella(Lyell) sindromu
(Toxic Epidermal
Necrolysis)
Toksik epidermal nekroliz 1956-cı ildə
Lyell sindromu olaraq təsnifata daxil
edilmişdir.Xəstəlik yayılmış eritema və
epidermisin nekrozu ilə xarakterizə olunan
letallığı yüksək patoloji dəri reaksiyasıdır.
12. Bütün yaş qruplarında
bərabər,kişilərdə isə
qadınlardan 1.5 dəfə çox
müşahidə
edilir.Kollagenozlu,sümük iliyi
transplantasiyası aparılmış
xəstələrdə,HİV infeksiyalılarda
rastgəlmə tezliyi daha çoxdur.
13. • Layella sindromunun(TEN)
etiologiyasında 70-80% halda
dərmanlar rol oynayır.Guillaume
və yoldaşlarının 387 xəstədə
apardıqları tədqiqatda xəstələrin
əksəriyyətinin birdən çox dərman
qəbul etməsi və TEN əlamətlərinin
ilk dərman qəbulundan 14-22 gün
sonra meydana çıxdığı müşahidə
olunmuşdur.
• Çox az sayda xəstədə isə
TEN-ə səbəb infeksiyon
xəstəliklər,vaksinasiya və
graft-versus-host reaksiyasıdır.
14. Etiologiyasında rolu olan dərman maddələri
• Sulfanilamidlər,xüsusilə ko-trimoksazol
• Aminopenisinlər,sefalosporinlər,xinolonlar
• Fenobarbital,fenitoin,karbamazepin,valproat
• Piroksikam,tenoksikam,xlormezanon
• Allopurinol
• Sistemik steroidlər
• Tiosetazon
16. Patomexanizmi
• Layella sindromunda keratinositlərdəki
nekrotik və apoptotik dəyişikliklərin səbəbi
artmış FasL və Fas ekspresiyasıdır.FasL və
Fas-ın kompleks əmələ gətirməsi apoptoza
səbəb olur.Qanda sitokin,interleykin-1 və
TNF-α –nın artması sistemik əlamətlərin
əmələ gəlməsinə səbəb olur.Qızdırma və
qripəbənzər əlamətlərilə müşayiət olunan
prodromal dövrdən sonra ağrılı və
hiperemik mukokutanoz vezikullar(ən çox
ağız boşluğunda və cinsiyyət yollarının
selikli qişasında) əmələ gəlir.Nikolsky
fenomeni müsbətdir.Gözlərdə keratit və
keratokonyuktivit əmələ gəlir.Nadir hallarda
qida borusu və sidik yolları selili qişalarında
da vezikullar əmələ gələ bilir.
17. Nikolsky fenomeni
1-Dəridəki qovuqlara
yuxarıdan təzyiq göstərdikdə
daxilindəki maye sağlam
toxumaya doğru genişləməyə
başlayır.2-Sağlam toxumaya
təzyiq etdikdə isə həmin
nahiyədə qovuq əmələ gəlir.
3-Qovuğun tamlığını pozub
daxilindəki mayeni xaric
etdikdə isə epidermisin bir
parçası sağlam tərəfə doğru
soyulur. Bu 3 simptoma
birlikdə"Nikolsky fenomeni"
deyilir və akantolizisi göstərir.
18. Ağırlaşmaları
• Bakterial invaziya və immunsupressiya nəticəsində sepsis əmələ gəlir.
• Tənəffüs çatışmazlığı
• Dəridə depigmentasiya
• Gözdə entropiya
• Konyuktival perforasiya
• Hiperkatabolik vəziyyət və maye itkisi
19. Müalicə
• Lyella və Steven-Jhonson sindromunun
spesifik müalicəsi yoxdur.Potensial səbəb
uzaqlaşdırılmalıdır.Xəstəyə maye elektrolit
verilməli və ölü toxumalar cərrahi yolla
uzaqlaşdırılmalıdır.Sistemik steroid və
immunsupressif müalicə istənilən nəticə
vermir.Son vaxtlar tətbiq edilən vena
daxili İmmunoglobulin müalicəsi(İVİG)
alternativ və təhlükəsizdir.Bəzən
plazmofarez,pentoksifiln,siklosporin,siklof
osfamid,talidomid də yaxşı nəticələr verir.
20. Proqnoz
• Ciddidir.30% hallarda ölümlə nəticələnir.Xəstələr əksər hallarda
kəskin dəri çatışmazlığından,kəskin tənəffüs çatışmazlığından və
sepsisdən ölürlər.
21. Differensial Diaqnoz
Linear IgA Disease
Itchy, ring-shaped, no internal disease
Contact Dermatitis
Varicella/Zoster VirusHerpes Simplex Virus
Hand-Foot-Mouth
Disease
(Enteroviruses)
22. Müzakirə
• Toksik epidermal nekroliz,Steven-Jhonson
sindromu,Eritema multiformis adətən dərman
maddələrinin,nadir hallarda isə infeksiyon
agentlərin törətdiyi və mukokutanoz,sistemik
reaksiyalar ilə müşayiət olunan
xəstəliklərdir.Ortaq etioloji amil,dəri və selikli
qişalardakı oxşar morfoloji elementlər bu
xəstəliklərin differensiyasını çətinləşdirməklə
bərabər,onların təsnifatında mübahisəli
vəziyyətin yaranmasına səbəb olur.Bu
xəstəliklərin tək bir xəstəliyin gedişat baxımdan
fərqli ağırlıq dərəcələri mi yoxsa ayrıca nozoloji
vahid olduğu hələ də sual altındadır.
Eritema multiformis minor
Eritema multiformis major
23. • Son 30 ildə EM minor,EM major,SJS və TEN-
in EM spektrumunun bir hissəsi olduğu daha
çox qəbul edilir.SJS və TEN-in təməldə eyni
ancaq ağırlıq baxımından fərqli xəstəlik kimi
qəbul edilməsi morfoloji elementlərin ağırlıq
dərəcəcəsinə görədir.Steven-Jhonson
sindromunda elementlərin dəri səthininin
10%-dən azını,TEN-də isə 30%-dən çoxunu
tutur.10%-30% arılığı isə “SJS-TEN overlap”
olaraq təsnif olunmuşdur.Bu təsnifat bir az
süni görünsə də,SJS və TEN-də major
prognostik faktor zədələnən dəri səthinin
genişliyi olduğu üçün epidemioloji məqsədlər
üçün faydalıdır.