2. Ötən əsrin 70-ci illərinin sonunda alimlər suda-quruda yaşayan canlılar
üzərində apardıqları təcrübələri məməlilərə (siçan, qoyun) tətbiq etdilər. 80-
ci illərdə isə tədqiqatçılar qoyunun rüşeymində nüvə inkişafının 16 toxumalıq
mərhələsində totipotentliyin saxlandığını müəyyənləşdirdilər.
1989-cu ildə Smit və Yan Uilmut əvvəlcə 16 toxumalı embrionu, daha sonra isə
ilkin blastositləri qoyun yumurtalıqlarının mayalanmamış nüvələrinə
transplantasiya etdilər. Birinci halda fenotipi öz donorları ilə uyğunluq təşkil
edən iki dişi quzu alındı. İkinci halda bütünlüklə formalaşmış quzulardan biri
doğuş zamanı tələf oldu.
1997-ci ildə Yan Uilmut süd vəzisi toxumasından alınan donor nüvəsindən
istifadə etməklə klonlaşdırılmış canlı – sonradan «Dolli» adlandırılan dişi quzu
əldə edir. «Dolli» inkişaf etmiş məməlinin somatik (bədən) toxumaları
vasitəsilə əldə edilən ilk klonal heyvandır. Onun nüvə donoru finndorsetinin
(orijinalının) süd vəzisinin yetişdirilmiş toxuması idi. «Dolli» fenotipik
baxımdan bu növlü qoyunlardan fərqlənməsə də, bətninə köçürülən qoyuna
qətiyyən bənzəmirdi.
3. Klonlaşdırma dünya miqyasında təkcə hüquqi-etik
baxımdan deyil, dini tərəfdən də müzakirə edilən və
birmənalı qarşılanmayan problemdir. Məlumat üçün
bildirək ki, səmavi din rəsmiləri klonlaşdırmanı "Tanrının
işinə müdaxilə" kimi qiymətləndirmiş, mühafizəkar dairələr
isə sərt tənqidlərlə qarşılayaraq belə tibbi
eksperimentlərin keçirilməsinin yolverilməzliyini önə
çəkilmişlər. Məsələn, Vatikan tərəfindən səsləndirilən
ümumi fikir belədir ki, əgər, həqiqətən də, tibbi təcrübələr
insan embrionunun yetişdirilməsindən ibarətdirsə, bu
tədqiqatlar "məzəmmət olunmalıdırlar". Bu səpgili
iradları, həmçinin Rus Pravoslav Kilsəsinin Moskva
Patriarxlığının mövqeyində də görmək mümkündür.
4. Hüquqi baxımdan əgər insan rüşeyminin inkişafı süni surətdə
dayandırılsa, bu gələcəkdə insan olacaq bu rüşeymə qarşı
qəsd hesab olunmur, çünki insan hələ dünyaya gəlməyib və
deməli o, fiziki şəxs sayıla bilməz. Bir çoxları əkizləri qəbul
edə biliriksə, klonu niyə qəbul etməyək kimi iddiayla çıxış
edirlər. Qeyd etmək lazımdır ki, əkizlərlə klon arasında iki
əsas fərq var. Birincisi, əkizlərin yaranması çox nadir halda
baş verir. İkincisi, əkiz tay əvvəllər mövcud olmayan genetik
kompozisiyanın dublundan yaranır. Bir şeyi unutmaq olmaz
ki, klon bir canlının kserokopiyası və yaxud bənzəri deyil,
sadəcə, identik əkizidir, nüsxəsidir. Klon öz orijinalından
yaşca kiçik olur və onu orijinalı ilə səhv salmaq mümkün
deyil. Bundan başqa, gələcəkdə hazırlanması mümkün
olacağı təqdirdə, klon və orijinal insan müxtəlif barmaq
izlərinə malik olacaq. Üstəlik, klon öz orijinalın yaddaşından
heç nə mənimsəməyəcək.
5. Bir sıra super dövlətlər və siyasi qurumlar bu
məsələyə öz qəti etirazlarını bildiriblər.
Rusiyanın Tibb Elmləri Akademiyası molekulyar
genetika institutu belə bir bəyənatla çıxış edib
ki, insanı nəzəri cəhətdən klonlaüdırmaq
mümkündür, amma əgər bu, anormal uşağın
doğulması ilə nəticələnəcəksə, məsuliyyəti kim
daşımalıdır? ABŞ höküməti vaxtı ilə bu tip
əməliyyatların öz ərazisində aparılmasını
qadağan etmiş, nəticədə ilk klonlaşdırma
əməliyyatı Atlantik okeanının neytral sularında
aparılmışdır.