2. Birincili immun çatışmazlıq sindromları etiopatogenezinə görə 3 qrupa bölünürlər.
1) Humoral immun çatışmazlıq sindromları orqanizmdəhumoral tipli immun
reaksiyaların ,yəni antitellərin yaranması defisiti ilə xarakterizə olunur.Bu
sindromlar irsi olur,genetik yolla nəsildən-nəslə keçir,adətən özünü uşaq yaşlarda
büruzə verirlər.Genetik defektin X-xromosomla əlaqəliliyi artıq sübut
olunmuşdur.Bu sindromlar zamanı xəstələrdə müxtəlif üzv və toxumalarda tez-tez
ağır gedişli bakterial infeksiyalar baş verir v çox vaxt da sepsislə nəticələnir.
a) Bruton sindromu və ya aqammaqlobulinemiya.Limfoid toxumada B-zonalar
ümumiyyətlə olmadığı üçün B-limfositlər və plazmositlər olmur,heç bir
immunoqlobulin əmələ gəlmir.Birincili immun çatışmazlıq sindromları içərisində ən
geniş yayılanlardandır.
b) Vest sindromu və ya izolə olunmuş immunoqlobulin- A çatışmazlığı
sindromu zamanı isə limfoid toxumada B-zonalar olur,bütün qrup
immunoqlobulinlər yaranır,IgA-dan başqa .IgA selikli qişalarda əmələ gələn əsas
immunoqlobulin olduğu üçün ,onun çatışmazlığı zamanı selikli qişalarda müdafiə
qabiliyyəti kəskin şəkildə enir və bütün selikli qişalarda yayılmış infeksiyalar
başlanır.
3. Hüceyrə immuniteti çatışmazlığı sindromu.
Bu qrupa daxil olan immun defisitlər zamanı birincidən fərqli olaraq orqanizmdə
T-limfositlər olmadığı üçün hüceyrə tipli immun reaksiyalar baş vermir.Uşaq
yaşlarda başlanan bu xəstəliklər adətən çoxlu inkişaf anomaliyaları,qalxanabənzər
ətraf vəzin olmaması və infeksion xəstəliklərlə müşaiyət olunur və ölümlə
nəticələnir.Belə xəstələrdə limfoid toxumada T-zonalar və tımus ya olmur ,ya da
hipoplaziya vəziyyətində olurlar.
Hüceyrə immuniteti çatışmazlığı sindromlarına 2 xəstəlik aid edilir.
a- Di-Corc sindromu.Anadangəlmə olur.Buna timusun hipoplaziyası da
deyiirQanda immunoqlobulinlərin səviyyəsi normal olur.Lakin qanda T-limfositlər
,eləcə də limfoid toxumalarda T-zonalar ümumiyyətlə olmurlar.Xəstələrdə hüceyrə
immuniteti çatışmazlığının başqa qalxanabənzər ətraf vəz də olmur,ürəyin və iri
damarların anadangəlmə inkişaf qüsurları olur, sifətin görünüşü də dəyişilə bilər.
b-Mak-Kyusik sindromu və ya axondroplaziyalı immun çatışmazlığı -irsi olur.
4. Hüceyrə və Humoral immun çatışmazlığı sindromları və yaxud
kombinə olunmuş immunodefisit patologiyalar zamanı istər timus
,istərsə də periferik limfoid toxumalar hipoplaziya vəziyyətində
olduqları üçün həm humoral,həm də hüceyrə tipli immun
reaksiyalarda defektlər meydana çıxır.
Kombinə olunmuş immun defisit sindromlar qrupuna aşağıdakı
xəstəliklər aiddirlər.
a-Qlansman-Riniker sindromu və ya şvetsar tipli
aqammaqlobulinemiya.
b-Lui-Bar xəstəliyi və ya atkasiya-teleangioktaziya sindromu.
c-Nezelof sindromu zamanı orqanizmdə hüceyrə immunitetinin
ağır defekti olur,lakin humoral immun çatışmazlıq yalnız müəyyən
dərəcədə qammaqlobulinlərdə baş verən zəif pozğunluqlardan
ibarətdir.
5. İmmundefisit vəziyyətlər –immunsistemi tərəfindən normal immuncavabın
yaranmasında bir və ya bir neçəmexanizmin pozulması ilə yaranan
vəziyyətdir.İmmun defisiti olan uşaqlarda xərçəngəmələgəlmə tezliyi çox
dəyişkəndir.İmmun deffektin müddəti və ağırlıq dərəcəsi,xüsusilə də Epstein -
BarrVirusu
kimi virus infeksiyalarının müşaiət etdiyi immun çatışmazlıqlar bədxassəli
şişlərin əmələgəlməsinə böyük ölçüdə induksiya edə bilir.
6. Wiskott-Aldrich sindromu,Ataksiya-
Teleangiektaziya kimi çox rast gəlinən immun
çatışmazlığı olan xəstələrdə bədxassəli şişlərin
əmələgəlmə tezliyi,HİV infeksiyasındakı kimi 25
%-dən artıqdır.Autoimmun proseslər olan xəstələr
və solid orqan və ya sümük iliyi transplantasiyası
gerçəkləşənxəstələrdə malign tezliyi ən
aşağıdır.(Bax.ݺߣ 7)
8. Anadangəlmə immunçatışmazlığı olan xəstələrdə xərçəngəmələgəlmə riski
notrmal insanlardan 10000 dəfə artıqdır.Bu zaman əmələgələnxəstəliklər
əksəriyyət halda neoplaziya və limfaretikulyar sistem xərçəngləridir.
Minneapolis,Minnesota xərçəngdairəsinin son məlumatına əsasən müşahidə
edilən xərçənghallarının %50.4’i Non-Hodgkin Limfoma, %12.6-ı leykemiya,
%9.2’si adenokarsinomadır .
9. Primer immun defisitli uşaqlarda malign şişlərin əmələgətirdiyi ölüm halları
sağlam uşaqlara görə 10-300 qat daha artıqdır.Genetik olaraq keçən immun
çatışmazlıq sindromları zamanı əmələ gələn limfaproliferatif xəstəliklər ağır
kombinasiyalı immun defisit xaricində irqlər üçün spesifik deyil.Fiziki
müayinədə adətən adenopatiya,splenomeqaliya vəyayılmış limfoid klonun
əmələgətirdiyi orqan infiltrasiyasına aid simptomlar müşahidə edilir.
10. İmmunÇatışmazlıq XərçəngMərkəzi İgA defisiti və
xərçəngkombinasiyası olan 38 xəstə
bildirmişdir.Bunların 6 –da NHL və3 –də Hodgkin
limfoma vardır.Buna baxmayaraq,bu xəstələrdə
predominant şişlər gastointestinal karsinomaları
ehtiva edən adenokarsinomalardır.Bir çox immun
çatışmazlıqdan fərqli olaraq Selektiv İg A azlığının
limfoid şişlərdən daha ziyadə epitelial şişlərlə
kombinasiyası daha çoxdur.
11. Ataksiya teleangiektaziya tezliyi 1/300.000 olan və autosomal resessiv keçənirsi
xəstəlikdir.Erkən uşaqlıq dövründə proqressiv ataksiya,okulokutanoz
albinizm,iyonizan radiasiyaya həssaslıq və həmçinin immun sistemin ciddi
defisiti ilə özünü büruzə verir. İmmunÇatışmazlıq XərçəngMərkəzinin verdiyi
məlumata görə buxəstələr xərçənghallarının təxminən 30 % -ni təşkil
edir.262 xəstə üzərində aparılan tədqiqatda AT-li xəstələrdə limfoma normal
populyasiyaya nisbətən ağ irqdə 252 dəfə,qara irqdə 750 dəfə artdığı məlum
oldu.
12. Lui Bar sindromlu xəstələrin 12-40% - də bədxassəli şişlər
əmələgəlir.Xəstə uşaqlarda B hüceyrə malignləri daha çox
görüldüyü halda,yetkinlərdə daha çox T hüceyrə malignləri
əmələgəlir.Ümumilikdə isə T hüceyrə malignləri B hüceyrə
malignlərindən daha çoxdur(6:1).