4. *Dərsin tipi:induktiv
*İş forması: böyük qruplarla,kiçik qruplarla iş.
*İş üsulu: venn diaqramı,beyin həmləsi.
*İnteqrasiya:Azərbaycan tarixi
*3.1.1 Coğrafiya 3.1.3 rəsm
*Resurslar:Şəkillər,internet,xəritə,proyektor,dərslik,
müəllim üçün metodik vəsait.
*Motivasiya:Problemin qoyuluşu.Yönəldici suallar.
6. Bu ölkə
dünyada nefti
və qazı ilə
tanınır
Bu ölkənin
torpaqlarının 20%
işğal altındadır
Bu ölkəni Araz
çayı Cənubi və
Şimali olaraq iki
yerə ayırır
Bu ölkə odlar
diyarı adlanır
Bu ölkənin Bakı
və Təbriz kimi
paytaxtları var
7. Şagirdlərin fikirlərini dinlədikdən sonra məlumat verilir ki,biz bu gün
sizinlə görkəmli şairimiz S.Vurğunun "Azərbaycan« şeiri ilə tanış
olacağıq.
*Tədqiqat sualı:Vətənə məhəbbət,vətənə bağlılıq,vətənə
sevgi,vətənin füsünkar təbiətinə məftunluq ,sizcə,nə deməkdir?
*Tədqiqatın aparılması:Qruplarla iş
Saydırma yolu ilə şagirdləri qruplara bölürəm.Qrupları adlandırıram.
I qrup :Qarabağ
II qrup :Bakı
III qrup :Gəncə
IV qrup :Lənkəran
İş vərəqi 1
Qarabağ qrupu
8. * Tapşırıq
* 1.Oxuduğunuz parçada şairin vətənə məhəbbəti necə tərənnüm olunub?
* 2. Venn diaqramından istifadə etməklə " Azərbaycan" şeirini Abbas Səhhətin "
Vətən" şeiri ilə müqayisə edin.Bu əsərlərin hansı oxşar və fərqli cəhətləri var?
* 3.Oxuduğunuz parçada hansı ifadələr sizin üçün maraqlı oldu?
* 4.Şeir hansı vəzndədir?
El bilir ki,sən mənimsən,
Yurdum,yuvam,məskənimsən,
Anam,doğma vətənimsən!
Ayrılarmı könül candan?
Azərbaycan,Azərbaycan
Mən bir uşaq,sən bir ana ,
Odur ki ,bağlıyam sana.
Hanki səmtə ,hanki yana
Hey uçsam da yuvam sənsən ,
Elim ,günüm ,obam sənsən!
9. *
Bakı qrupu
Tapşırıq.
* 1.Azərbaycanın tarixi keçmişi haqqında nə bilirsiniz?
*2.Sizcə şair nə üçün vətəninin uğursuz dillərə,nəs aylara ,nəs illərə düşməsinə
kədərlənir.
*3.Bu bəndlərdə şairin hansı hiss və həyəcanlarını hiss edirsiniz?
*4.Misra,bənd,qafiyə nədir?
Dağlarının başı qardır,
Ağ örpəyin buludlardır.
Böyük bir keçmişin vardır;
Bilinməyir yaşın sənin,
Nələr çəkmiş başın sənin.
Düşdün uğursuz dillərə ,
Nəs aylara ,nəs illərə.
Nəsillərdən–nəsillərə
Keçən bir şöhrətin vardır ,
Oğlun ,qızın bəxtiyardır...
10. Tapşırıq
1.Şeirdə yurdumuzun hansı guşələrinin adı çəkilir?Həmin yerlər barədə nə deyilir?
2.Qarabağın gözəlliyini şair nece tərənnüm edir?Qarabağın dünənini və bu gününü müqayisə edin.
3.Azərbaycanın füsünkar təbiətinin rəsmini çəkin.
4.Şeirdə misradaxili bölümü göstərin.
Min Qazaxda köhlən ata ,
Yalmanına yata-yata ,
At qan tərə bata-bata ,
Göy yaylaqlar belinə qalx ,
Kəpəz dağdan Göygölə bax!
Könlüm keçir Qarabağdan ,
Gah bu dağdan ,gah o dağdan ,
Axşamüstü qoy uzaqdan ,
Havalansın Xanın səsi ,
Qarabağın şikəstəsi.
İŞ vərəqi 3
Gəncə qrupu
11. İŞ vərəqi 4
Lənkəran qrupu
Tapşırıq
1. Bəndin əsas ideyası nədir?
2. Şairin Bakıya olan sonsuz məhəbbəti ,sizcə, nə ilə əlaqədardır?
3. S.Vurğunun vətənə bağlılığını,təbiətə olan vurğunluğunu hansı bəndlərdə
hiss etdiniz?
4. Şifahi xalq ədəbiyyatındakı bütün şeirlər hansı vəzndədir?
Bir dön bizim Bakıya bax!
Sahilləri çıraq-çıraq...
Buruqların hayqıraraq
Nərə salır boz çöllərə ,
İşıqlanır hər dağ ,dərə ,
Nazlandıqca sərin külək
Sahillərə sinə gərək ,
Bizim Bakı-bizim ürək!
İşıqdadır qüvvət sözü ,
Səhərlərin ülkər gözü...
12. * İnformasiya mübadiləsi
Hər bir qrupun lideri oz qrupunun təqdimatını yazı taxtasından asır və
təqdim edir.İnformasiyaların müzakirəsində qrupların bütün
bilik,bacarıq vərdişləri ümumiləşdirilir.Bu prosesdə bir qrupun işinin
müzakirəsində digər qruplarında fikir və təklifləri diqqətlə dinlənilir
və qiymətləndirilir.
Bununla bağlı şagirdlərə yenidən bir neçə sualla müraciət edirəm
1. Sizcə ədəbiyyatımızda nə üçün vətən haqqında əsərlərə daha çox
rast gəlirik?
2. Şeirdə vətən haqqında deyilənlərə siz nə əlavə edərdiniz?
3. Sizcə şair vətənə uyğun bir övlad məhəbbətini bitkin ifadə
edibmi?
4. Vətən-ana-... Sizcə bunu necə tamamlamaq olar?
13. Şagirdlər son nəticələri çıxarırlar
1. Vətən müqəddəsdir,vətən bölünməzdir ,vətən bizə ana qədər
əzizdir.Yalnız onun qoynunda xoşbəxt yaşaya bilərik.
2. Vətən bizim ikinci anamızdır.İnsan vətənindən ayrı yaşaya
bilmir.Bayatıda deyildiyi kimi : “Qürbət cənnət olsa da ölməyə
vətən yaxşı“
3. Vətənimizin güllü-çiçəkli olmasını istəyirik.Ona görə də vətəni
göz bəbəyimiz kimi qorumalı və sevməliyik.
4. Bizim üçün vətən məhəbətini heç bir şey əvəz edə bilməz.